“3D” printerlə “Lamborghini Aventador” avtomobili çap edilib

“3D” printerlə “Lamborghini Aventador” avtomobili çap edilib
11 2019 14:27

Avstraliya fiziki Sterlinq Bekus və onun oğlu İtaliyanın “Lamborghini Aventador” şirkətinin avtomobilini üçölçülü printerlə çap ediblər.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, məlumata görə, onlar gün ərzində 1 saat çalışmaqla bu işin görülməsinə 18 ay sərf ediblər. Layihəyə isə ümumilikdə 20 min dollar xərclənib.
 
Bildirilir ki, avtomobilin bütün detalları “3D” printer vasitəsilə çap edilməyib. Belə ki, yan güzgülərin şüşələri, sükan çarxı və ötürücülər orijinal “Lamborghini Aventador” versiyasından götürülüb.
 
Bundan başqa, avtomobilin kapotu altında 6,5 litrlik mühərrik əvəzinə, həcmi 5,7 litr təşkil edən “Chevrolet Corvette” motoru quraşdırılıb.

Realpress.az


23 İyul 2019
İT

Kibercinayətkarlar “FaceApp” proqramının populyarlığından istifadə edirlər

“ESET” beynəlxalq antivirus şirkəti kibercinayətkarların “FaceApp” mobil əlavəsinin populyarlığından fırıldaqçılıq məqsədilə istifadə etməsi ilə bağlı xəbərdarlıq edib.

23 İyul 2019
İT

Dünyada ən güclü smartfon təqdim edilib

“Asus” şirkəti tərəfindən təqdim edilmiş “ROG Phone II” adlı oyun smartfonu dünyada ən məhsuldar telefon elan edilib.

23 İyul 2019
İT

“NVIDIA” Britaniyada süni intellekt sahəsində tədqiqatlar üçün texnoloji mərkəz açıb

“NVIDIA” şirkəti Böyük Britaniyada süni intellekt sahəsində innovativ tədqiqatların və məlumat analizi metodlarının, eləcə də ölkənin təhsil və tədqiqat cəmiyyəti ilə fəaliyyətin dəstəklənməsi üçün nəzərdə tutulan yeni texnoloji mərkəz açıb.

23 İyul 2019
İT

“Apple” artıq 2020-ci ildə yeni tip ekran texnologiyası tətbiq edəcək

“Apple” şirkətinin bəzi qurğuları artıq gələn il yeni tip displeylərlə təchiz ediləcək. Qeyri-rəsmi məlumatlara görə, “Apple Watch” smart saatının displeyi “microLED”, “iPhone” smartfonunda “ProMotion” texnologiyasına əsaslanacaq.

22 İyul 2019
İT

“Xiaomi” şirkəti 500 ən böyük şirkət sırasında yer alıb

"Fortune" nəşrinin versiyasına görə, Çinin smartfon və başqa istehlak elektronikası istehsalçısı olan "Xiaomi" ilk dəfə dünyanın 500 ən böyük şirkətlərinin reytinqinə daxil edilib.