“Amazon”un sahibi bir saata 3 milyard dollar itirdi

“Amazon”un sahibi bir saata 3 milyard dollar itirdi
28 Okt 2016 14:57

ABŞ-ın “Amazon” pərakəndə internet satışı şirkətinin III rübdəki mənfəəti analitiklərin proqnozlarını doğrultmadığına görə, şirkətin səhmləri xəbərdən dərhal sonra ilk bir saatda 6% dəyərdən düşüb. 

Realpress.Az-ın məlumatına görə, bu barədə “Report” “RBK”-a istinadən xəbər verir.

Nəticədə şirkətin qurucusu və baş icraçı direktoru olan Cef Bezosun (Jeff Bezos) şəxsi sərvəti 3,2 milyard dollar və ya 4,5% azalaraq 67,5 milyard dollara enib.

Analitiklər səhmbaşına “Amazon”dan 0,78 sent xalis mənfəət gözlədikləri halda, şirkət 0,52 sent qazandığını açıqlayıb.

Bu səbəbdən “NASDAQ” texnologiya şirkətlərinin tədavül etdiyi fond birjasında şirkətin səhmlərinin qiyməti 5,7% azalaraq 772 dollara enib. 

C.Bezos 1997-ci ildə “Amazon” şirkətinin səhmlərini ilk dəfə fond birjasında yerləşdirib və o zamandan indiyədək şirkətin səhmləri 54000% bahalaşıb. “Forbes” jurnalının oktyabr sayında verilən məlumata görə, C.Bezos ABŞ-ın ikinci ən zəngin iş adamıdır.


20 İyun 2018
İT

Ölüm vaxtını proqnozlaşdıran neyron şəbəkəsi hazırlanıb

“Google” şirkəti tərəfindən dərin təlim alqoritmləri əsasında hazırlanmış yeni neyron şəbəkəsi pasiyentin tibbi göstəricilərinə əsaslanaraq ölüm vaxtını proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Bu haqda “Bloomberg” nəşri məlumat verib.

20 İyun 2018
İT

Dünya mobil trafikinin 20 faizi “5G” şəbəkəsinin payına düşəcək

“Ericsson” şirkəti 2023-cü ilədək dünya mobil trafikinin 20 faizinin beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) payına düşəcəyini, ona qoşulmaların sayının isə 1 milyard təşkil edəcəyini proqnozlaşdırır.

18 İyun 2018
İT

İnstagram bu funksiyanı ləğv edir

“İnstagram” yaxın vaxtlarda tətbiq etdiyi funksiyanı ləğv etmə qərarı aldı.