“Darvin bankası” yatağında təmir aparılıb

“Darvin bankası” yatağında təmir aparılıb
30 Noy 2016 16:44

REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,

SOCAR-ın “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir.

Trend-i SOCAR-a istinadən verdiyi məlumata görə, təhlükəsiz əmək şəraitinin, eləcə də texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 600 saylı stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib. Təmir işləri “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilib. Özülün 1778 kvadratmetrlik hissəsi əsaslı təmir edilib, 40 ədəd möhkəmləndirici svay vurulub, 11 ədəd metal lövhə, 86 ədəd suüstü əlaqə xətti quraşdırılıb, 6 ədəd minik yanalma meydançası hazırlanıb.

Qeyd edək ki, meydançada aparılmış təmir işlərindən sonra Dövlət qəbul komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilib.


18 Avq 2018
İqtisadiyyat

Moody's Türkiyəyə xəbərdarlıq etdi

Beynəlxalq kredit  agentliyi “Moody's” Türkiyənin kredit reytinqini “Ba2”dən “Ba3”ə endirib. Eləcə də reytinqin proqnozunu “sabit”dən “mənfi”yə dəyişib. 

18 Avq 2018
İqtisadiyyat

Dollar bu gün bu qiymətə olacaq

Avqustun 18-nə manatın məzənnəsi açıqlanıb.

18 Avq 2018
İqtisadiyyat

Dollar lirəyə nisbətdə revanş götürdü - Fitch xəbərdarlıq etdi

Dollar lirəyə nisbətdə revanş götürdü - “Fitch” xəbərdarlıq etdi