“Əl-Cəzirə” telekanalının estetik əməliyyatda Türkiyə-Azərbaycan müqayisəsi

“Əl-Cəzirə” telekanalının estetik əməliyyatda Türkiyə-Azərbaycan müqayisəsi
16 Noy 2016 17:51

Son illər Azərbaycanda estetik əməliyyatlara maraq artıb. Bu artım türkiyəli həkimlərin də diqqətini çəkib. Bu səbəbdən Türkiyədən Azərbaycana işləmək üçün gələn həkimlərin sayı ildən-ilə artır. Bəzi türkiyəli həkimləri ayda bir dəfə gələrək əməliyyatlarda iştirak edirlər.

“Əl-Cəzirə” telekanalının Azərbaycanda qadınların estetik əməliyyatlara marağı ilə bağlı hazırlanmış sənədli filmində bu fikirlər bir daha təsdiqini tapır.

Filmdə bildirilir ki,estetik əməliyyatlara marağın artması səbəbindən yerli həkimlər təlabatı ödəyə bilmir və xarici mütəxəssislərə ehtiyac yaranıb.

Ayda bir dəfə Türkiyədən Azərbaycana gələn estetik cərrah Esin Aksunqur hər ayın 3 gününü burada keçirir. O, Bakıdakı xəstələrinin sayının təxminən elə Türkiyədəki qədər olduğunu deyib:

“Azərbaycanlılar estetik əməliyyata türkiyəlilərdən daha çox maraq göstərir. Azərbaycanda estetik əməliyyata daha gənc yaşda müraciət edirlər. İki ölkə arasındakı digər fərq isə budur: Azərbaycanda estetik əməliyyat etdirərkən onun diqqət çəkməsini, əməliyyatın başqaları tərəfindən hiss edilməsini istəyirlər”.

Türkiyəli həkimin sözlərinə görə, ölkəsində yay vaxtı estetik əməliyyat etdirənlərin sayı kəskin şəkildə azalır:

“Bu il yayda türkiyəli həkim tanışım Azərbaycanda 40 burun əməliyyatı edib. Türkiyədə isə 3 ay ərzində ümumilikdə estetik əməliyyatların sayı 20-ni keçməyib”.


25 İyun 2018
Səhiyyə - Sağlamlıq

Məşhur professordan İNANILMAZ SÖZLƏR:Hamilə qadınlar hər gün...

Türkiyəli kardiloloq və professor Canan Karatay hamilə qadınlara gündə 10 ədəd kənd yumurtası yeməyi məsləhət görüb.

23 İyun 2018
Səhiyyə - Sağlamlıq

Böyrəklər üçün ən təhlükəli 5 məhsul

ABŞ alimləri böyrəklərin fəaliyyətinə mənfi təsir edən, böyrək xəstəliklərinin riskini artıran məhsulların siyahısını tərtib edib.

22 İyun 2018
Səhiyyə - Sağlamlıq

Təzyiqi normada saxlamaq üçün 2 qızıl qayda

İspaniya alimləri sübut edir ki, yüksək arterial təzyiqdən əziyyət çəkən insanlar təzyiqi salan dərmanları yatmazdan əvvəl içməlidir.

20 İyun 2018
Səhiyyə - Sağlamlıq

Gündə 5 ədəd alça yemək... - İNANILMAZ FAYDALARI

Yayın ən çox sevilən meyvələrindən biri də alçadır. Türkiyəli diyetoloq Nil Şahin alçanın faydalı xüsusiyyətlərindən danışıb.

19 İyun 2018
Səhiyyə - Sağlamlıq

Bu qidalar beyni məhv edir - UZAQ DURUN

Mütəmadi olaraq yediyimiz qidalar həyatda qalmağımızla yanaşı, beyin sağlığımıza da ciddi şəkildə təsir edir. Realpress.az ailem.az-a istinadən beynimizə mənfi təsir göstərən qidaların siyahısını təqdim edir.