“Formula 1 jurnalistlərin gözü ilə” müsabiqəsinə start verilir

“Formula 1 jurnalistlərin gözü ilə” müsabiqəsinə start verilir
28 Okt 2016 16:13

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) noyabrın 1-də sayca ikincisi olan “Formula 1 jurnalistlərin gözü ilə” adlı məqalə müsabiqəsinə start verir.

BŞH-dan Realpress-a verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd bu ildən etibarən Bakıda keçirilən “Formula 1” yarışına jurnalistlərin marağını cəlb etmək və bütövlükdə ölkə ictimaiyyəti arasında motoridman yarışının bu növü haqqında məlumatlılığı artırmaqdır.

BŞH-nın Marketinq və Kommunikasiya üzrə rəhbəri Nigar Arpadarai jurnalistləri müsabiqədə fəal iştiraka dəvət edir:

“Bu il Bakı ilk dəfə Formula 1 Avropa Qran Prisinə ev sahibliyi etmişdir və bu dünya əhəmiyyətli bir yarışı izləmək və işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsət olmuşdur. Fürsətdən istifadə edərək mən bütün jurnalistləri bu müsabiqədə fəal iştirak etməyə səsləyirəm və inanıram ki, ölkə ictimaiyyəti bu məqalələr sayəsində “Formula 1” yarışına yaxından bələd olacaqlar.

Bu da öz növbəsində, ölkəmizdə motoridman azarkeşlərinin sıralarını daha da genişləndirəcək”.

Dekabrın 25-dək davam edəcək müsabiqədə vətəndaşlığından asılı olmayaraq, Azərbaycanda yaşayan və ya işləyən 21 yaşını tamamlamış bütün çap və internet media nümayəndələri iştirak edə bilərlər.

Müsabiqənin nəticələri 14 yanvar 2017-cü il tarixində elan olunacaq və müsabiqənin qalibi 2017-ci il “Formula 1” yarış mövsümü öncəsi Barselonada keçiriləcək sınaq yürüşlərini izləmək üçün İspaniyaya səyahət üçün bilet qazanacaq.

İştirakçılar, həmçinin qiymətli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.

Məqalə müsabiqəsi haqqında daha ətraflı məlumatı bu keçiddən www.bakucitycircuit.com/az/media/xbrlr/202/formula-1-through-the-journalists-eyes əldə edə bilərsiniz.


15 Avq 2018
İdman

Ronaldonun transferinə görə İtaliyada üsyan başladı

İtaliyanın məşhur avtomobil şirkətinin işçiləri yenidən tətilə başlayıb.

15 Avq 2018
İdman

Altı ildən sonra azarkeşlərə stadionda matç izləməyə icazə verildi

Altı ildən sonra azarkeşlərə stadionda matç izləməyə icazə verildi

13 Avq 2018
İdman

Messi ən titullu futbolçu oldu

"Barselona"nın futbolçusu Lionel Messi Kataloniya klubunda ən titullu oyunçuya çevrilib.