“Milli Nüvə Tədqiqatları Mərkəzi” Özbəkistanda keçirilən beynəlxalq simpoziumda təmsil olunub

“Milli Nüvə Tədqiqatları Mərkəzi” Özbəkistanda keçirilən beynəlxalq simpoziumda təmsil olunub
23 Noy 2016 16:59

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” (MNTM) Qapalı Səhmdar Cəmiyyəti Özbəkistan Milli Universitetində keçirilən “Fundamental və tətbiqi fizikanın yeni inkişaf istiqamətləri: problemlər, nailiyyətlər və perspektivlər” adlı beynəlxalq simpoziumda təmsil olunub.
 
9-14 noyabr 2016-cı il tarixlərində baş tutan simpoziumda MNTM-in sədri, akademik Adil Qəribov “Bərk cisimlərdə radiasion defektlər və onların effektiv istifadə yolları” mövzusunda plenar çıxışla iştirak edib. Akademikin çıxışında qaldırdığı fundamental və atom-hidrogen energetikası, su ilə soyudulan nüvə reaktorlarının təhlükəsizliyi, materialşünaslıq sahəsində praktiki aspektlər üzrə məsələlər və alınan nəticələr böyük maraq kəsb edib.
 
Özbəkistan Milli Universitetinin rektoru və simpoziumun Təşkilat Komitəsinin sədri professor A.R.Marahimov elmi əməkdaşlıq üzrə müqavilə bağlamaq təklifi ilə çıxış edib və artıq müqavilənin ilkin variantı hazırlanıb. Simpoziumun gedişində 13-dən çox plenar və 30-a yaxın seksion məruzə dinlənilib. Yaponiya, Koreya, Kanada, Rusiya, Ukrayna, Hindistan, Çin alimləri ilə birgə maraq kəsb edən elmi sahələrdə müzakirələr aparılıb, əlaqələrin qurulması və davam etdirilməsi qərarına gəlinib.
 
Qeyd edək ki, simpozium elmi nəticələrin aprobasiyası, dünya elminə inteqrasiya, yeni istiqamətlər və nəticələrlə tanışlıq, elmi əməkdaşlığın genişləndirilməsi və gələcək elmi-texniki fəaliyyətimizin təşkilində böyük əhəmiyyət kəsb edir. 

20 İyun 2019
İT

Smartfonlar üçün sürətli enerjidoldurma texnologiyası təqdim edilib

Çinin “Vivo” şirkəti smartfonlarının enerji ilə doldurulması üçün “Super FlashCharge” texnologiyasını təqdim edib. 120 vatt gücündə texnologiya 4000 milliamper/saat tutuma malik smartfonun akkumulyatorunu 13 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.

20 İyun 2019
İT

Nyu-Yorkun mərkəzində “Samsung” şirkətinin ən yeni “LED” ekranı quraşdırılıb

Cənubi Koreyanın "Samsung Electronics" şirkətinin mütəxəssisləri Nyu-Yorkun "Times Square" meydanında yerləşən məşhur 1 №-li binanın üzərində ən yeni işıq diodlu (LED) ekranların quraşdırılmasını başa çatdırıblar. Panelin qeyri-adiliyi ondadır ki, onun ümumi sahəsi 11 639 kvadrat fut təşkil edir ki, bu da təxminən 1081 kvadratmetrə bərabərdir.

20 İyun 2019
İT

Qlobal superkompüter reytinqi dərc edilib

“TOP500” layihəsi dünyanın ən güclü superkompüterlər reytinqinin 53-cü versiyasını dərc edib.

20 İyun 2019
İT

NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də rəsmi dəstəyi ilə keçirilən "NETTY 2019" Azərbaycanın milli internet müsabiqəsinin 15-ci mükafatlandırma mərasimi keçirilib.  

20 İyun 2019
İT

Yeni nəsil “Amazon Kindle Oasis” elektron kitabı təqdim olunub

“Amazon” şirkəti “Kindle Oasis” elektron kitabının onuncu nəslini təqdim edib. Modelin dizaynı dəyişməz qalsa da, ekranda böyük dəyişikliklər edilib.