“Qarabağ” Yunanıstandan qələbə ilə qayıdır

“Qarabağ” Yunanıstandan qələbə ilə qayıdır
04 Noy 2016 09:23

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

Realpress.az xəbər verir ki, “J” qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” səfərdə Yunanıstanın PAOK klubunun qonağı olub.

Soloniki şəhərinin “Tumba” stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu matçın 69-cu dəqiqəsində Miçel vurub.

Bu qrupun digər qarşılaşmasında İtaliyanın “Fiorentina” klubu doğma meydanda Çexiyanın “Slovan” komandasına 3:0 hesabı ilə qalib gəlib.

Beləliklə, 4 turdan sonra “Fiorentina” 10 xalla birinci yerdə qərarlaşıb. Xallarının sayını 7-yə çatdıran “Qarabağ” ikinci pilləyə yüksəlib. PAOK 4 xalla 3-cü, “Slovan” isə 1 xalla sonuncu, dördüncüdür.


18 Fev 2019
İdman

Qarabağ hücumçusunu Ukrayna klubuna satır

"Qarabağ"ın U-19 komandasının 2016/17 mövsümünü qızıl medallarla başa vurmasına, ardınca əsas komandanın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına ən çox sevinən Rəşad Sadıqov və yetirmələri idi. Komandanın o vaxtkı baş məşqçisi olan "Qarabağ"ın hazırkı kapitanının rəhbərlik etdiyi kollektiv seçmə mərhələ oyunları oynamadan birbaşa qrupda iştirak etmək şansı qazanmışdı. 

18 Fev 2019
İdman

Arvadını döyən idmançının dostu: Anar fağırdır, sülh adamıdır

Arvadını döyən idmançının dostu: Anar fağırdır, sülh adamıdır

17 Fev 2019
İdman

Olimpiya çempionumuz Antalyada gümüş medal qazandı – FOTO

Olimpiya çempionumuz Antalyada gümüş medal qazandı – FOTO

16 Fev 2019
İdman

Bakıda növbəti beynəlxalq yarış keçirilir

Bu gün Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.