“Twitter” “Vine” platformasını bağlayır

“Twitter” “Vine” platformasını bağlayır
28 Okt 2016 14:56

“Twitter” şirkəti qısa videolar servisi “Vine”ı bağlayacağını elan edib.

Realpress.Az “Technote.az”-a istinadən xəbər verir ki, servisin komanda heyətinin “Medium”dakı bloqundakı verdiyi məlumata əsasən, yaxın bir neçə ay ərzində mobil tətbiq tamamilə söndürüləcək. 

“Vine”ın komanda heyətinin açıqlamasına görə, hazırda servisin tətbiq, veb-saytını və servisdə olan videoları heç bir təhlükə gözləmir. 

“İstifadəçilər əvvəlki kimi servisə daxil olub, öz qiymətli videolarını yükləyə bilərlər. İstifadəçilərin videoları izləyə bilmələri üçün “Vine”ın veb-saytı, hələ ki onlayn şəkildə qalacaq. Servisin tamamilə bağlanmasından əvvəl isə komanda istifadəçilərə qabaqcadan xəbər verəcək”.

Qeyd edək ki, “Twitter”, “Vine” servisini 2013-cü ildə işə salmışdı.


20 Okt 2018
İT

Yeni bahalı smartfon təqdim olundu: titan qatışığı, kərtənkələ dərisi... - 5000-14000 dollar dəyərində-FOTO

Orijinal Vertu mağazalarınn bütün dünya üzrə bağlanmalarndan sonra bu brend Çin bazarında öz gücünü sınamağa çalışır və beləliklə bu bazarda özünün ikinci smartfon modeli olan Vertu Aster P-ni təqdim edib.

19 Okt 2018
İT

Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür. Bu münasibətlə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə idarənin əməkdaşlarını təbrik edib.

19 Okt 2018
İT

İnternet istifadəçiləri göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir

Dünya İqtisadi Forumu 2018-ci il üzrə "Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı"nı ("The Global Competiviness Report 2018") dərc edib. Bu hesabat yeni metodologiya (yeni nəsil "4.0") əsasında hazırlanıb. Belə ki, yeni hesabatda əvvəlki hesabatın 114 göstəricisindən 84-ü çıxarılıb və 68 yeni  göstərici əlavə edilib. Ümumilikdə, sözügedən hesabatda 98 göstərici üzrə qiymətləndirmə aparılıb.

19 Okt 2018
İT

Samsung şirkəti Galaxy Book adlı hibrid planşetinin yeni nəslini təqdim edib

“Samsung” şirkəti “Galaxy Book” adlı hibrid planşetinin yeni nəslini təqdim edib. “Galaxy Book” planşetinin birinci nəsli “Intel Core”  prosessoru ilə təchiz edilmişdi. “Galaxy Book 2” isə “Always Connected PC” kateqoriyasına aiddir, “Qualcomm Snapdragon 850” ARM prosessoru, 1 QB-lik “LTE” texnologiyası ilə təchiz edilib və “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir. 

19 Okt 2018
İT

Populyar brauzerlər TLS protokolunun köhnə versiyalarının dəstəklənməsini dayandıracaq

2020-ci ilin birinci yarısında bütün əsas brauzerlər (Safari, Chrome, Edge, Internet Explorer və Firefox) “TLS” (Transport Layer Security) şifrləmə protokolunun 1.0 və 1.1 versiyalarının dəstəklənməsini dayandıracaq. Bu barədə internet brauzerlərinin istehsalçıları olan “Apple”, “Google”, “Microsoft” və “Mozilla” şirkətlərinin məlumatında deyilir.