"Azəriqaz": Tarif dəyişiklikləri abonentlərin əksəriyyətinə təsir etməyəcək

"Azəriqaz": Tarif dəyişiklikləri abonentlərin əksəriyyətinə təsir etməyəcək
29 Noy 2016 14:16

Azərbaycan əhalisinin 62 faizindən çoxu ildə 1500 kubmetrdən az təbii qaz istehlak edir.

Bunu REALPRESS-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

İ.Kərbəlayevin sözlərinə görə, abonentlərdə yeni tariflərlə bağlı heç bir problem olmayacaq:

"Qaz smart-sayğacları elə quraşdırılıb ki, istehlak həcmi limiti keçəcəyi təqdirdə, onlar özləri yeni tariflə hesablayacaq. Azərbaycanda hətta əhalinin 62 faizindən çoxu ildə 1500 kubmetr qaz limitini keçmir. Buna görə də tarif dəyişiklikləri əhalinin böyük hissəsinə təsir etməyəcək".


20 İyun 2019
İqtisadiyyat

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 20 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

20 İyun 2019
İqtisadiyyat

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR - VİDEO

Azərbaycanda uşaq pulu ilə bağlı məsələlər müzakirə olunur.

20 İyun 2019
İqtisadiyyat

Maaş artımı inflyasiya və devalvasiyaya səbəb olacaq? - Ekspertlər aydınlıq gətirdi

Maaş artımı inflyasiya və devalvasiyaya səbəb olacaq? - Ekspertlər aydınlıq gətirdi

19 İyun 2019
İqtisadiyyat

Alver zamanı vergilər yeni formada hesablanacaq – Vacib AÇIQLAMALAR

Topdan və pərakəndə satış zamanı Vergi qanunvericiliyində lazım olan sənədlərlə bağlı yeniliklər tətbiq edilib. 

14 İyun 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 14 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.