"İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" kitabının təqdimatı keçirilir (FOTO)

"İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" kitabının təqdimatı keçirilir (FOTO)
30 Noy 2016 16:36

REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,

Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində çap edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının təqdimatı keçirilir.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə kitabın əhəmiyyətindən danışıb. O qeyd edib ki, E.Axundova kitabda qarşıya qoyulan məqsədin öhdəsindən uğurla gəlib, öz qələmi ilə Prezidentin orjinal portretini yarada bilib.

A.Əlizadə bildirib ki, bu əsərin dilinin bədiiliyi, sadə obrazı, kitabda çoxsaylı sənədlərin istifadəsi, müsahibələrin, qaynaqların olması kitabın əhəmiyyətini daha da artırır.

AMEA prezidenti vurğulayıb ki, İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində ölkə iqtisadiyyatında keçid dövrü başa çatıb, Azərbaycanın strateji mövqeyi möhkəmlənib, müdafiə qabiliyyəti güclənib və Azərbaycan regionun lider dövlətinə çevrilib: “Ölkəmizdəki bu dəyişiklikləri və hərtərəfli inkişafı müşahidə edərkən mən bir daha əmin oluram ki, Azərbaycan xalqı nə qədər düzgün seçim edib. Azərbaycanı intellektli və işıqlı gələcəyə aparan yeganə qüvvə cənab Prezident İlham Əliyevdir”.

A.Əlizadə bildirib ki, hazırda dünyada iqtisadi və siyasi böhranın müşahidə olunduğu bir şəraitdə Azərbaycan bu risklərdən qorunur, ölkəmizdə sabitlik möhkəmlənir, sosial-iqtisadi inkişaf davam edir və Azərbaycanda multikultural bir mühit yaranıb: “Kitabda bu məqamlar geniş əks olunub. Bu kitab Azərbaycan həqiqətlərinin rüs dili vasitəsilə dünyada tanıdılmasına böyük töhfə verəcək. Bu əsərin ingilis və dünyanın aparıcı xalqlarının dillərində nəşr edib yayılması faydalı olardı”.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Dövlət İidarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov qeyd edib ki, E.Axundovanın qələmə aldığı bu kitab Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti və Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işləri dolğun şəkildə əks etdirir.

U.Ələkbərov bildirib ki, bu əsər gələcək araşdırmalar üçün çox etibarlı bir mənbə hesab edilə bilər: “Azərbaycanın əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin strateji qələbəsi kimi qeyd edilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və Azərbaycanın davamlı və hərtərəfli inkişafını sürətləndirən layihələr həm milli maraqlara xidmət edir, həm də regional və qlobal inkişafa yönəlir. Azərbaycanda qəbul edilən bir sıra qərarlar qlobal səviyyədə qəbul edilən qərarları qabaqlayır”.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Musa Quliyev, Mixail Zabelin, Rasim Musabəyov Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasət və ölkəmizin inkişafı barədə danışıblar, görülən işlərin, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında kitabın əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, nəfis tərtib olunmuş kitabda E.Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir. Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin xalqımızın ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən insanlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.



25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.