ABŞ-ın bu ştatında abort qadağan olundu

ABŞ-ın bu ştatında abort qadağan olundu
15 2019 13:36


ABŞ-ın Alabama ştatının senatı abortun ştat səviyyəsində qadağan olunması ilə bağlı qanun qəbul edib.

Bu barədə BBC məlumat verir.

Hamiləliyin müdaxilə yolu ilə dayandırılmasının qadağan edilməsini 25 senator dəstəkləyib, altı nəfər isə əleyhinə çıxıb. Qanuna görə, zorlama və insest (yaxın ailə üzvləri ilə cinsi əlaqə) qurbanlarına belə uşağı düşürməyə icazə verilməyəcək.

Qadağanın qüvvəyə minməsi üçün sənəd respublikaçı qubernator Key Ayvi tərəfindən imzalanmalıdır. Ancaq mühafizəkar qubernator abortun qatı əleyhdarlarından olduğundan onun qadağanı təsdiqləyəcəyi gözlənilir.

Bu qərar yerli feministlərin ciddi narazılığına səbəb olub. Yaxın zamanda ştatda kütləvi etiraz aksiyalarının keçiriləcəyi istisna edilmir.

20 May 2019
Dünya

Kanadada meşələr yanır - Sakinlər təxliyə olundu

Kanadanın qərbindəki Alberta əyalətində meşə yanğınları tüğyan edir.

20 May 2019
Dünya

İstanbulun mərkəzində SİLAHLI HÜCUM

İstanbulun mərkəzində silahlılar avtomobilə hücum ediblər.