Akademik Milli Dram Teatrında “Sarı gəlin” layihəsinin təqdimatı keçirilib

Akademik Milli Dram Teatrında “Sarı gəlin” layihəsinin təqdimatı keçirilib
28 Okt 2016 16:35

Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sarı gəlin” tamaşası nümayiş olunub.

Realpress.Az AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə qonaqlar teatrın foyesində “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olublar. Sərgidə qədim və milli geyimlərlə yanaşı, milli ornamentli xalçalarımız və tətbiqi sənət nümunələri nümayiş olunub.

Daha sonra “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videoçarx təqdim edilib. Videoçarxda “Sarı gəlin” layihəsinin elmi rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin mahnının yaranma tarixi barədə təqdim etdikləri faktlar müsahibələr şəklində diqqətə çatdırılıb.

Sonra 150-dək tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşası nümayiş olunub. Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Səhnə əsəri böyük maraqla qarşılanıb.

Tarixi faktlar əsasında səhnələşdirilən tamaşanın rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Layihənin reallaşdırılmasının məqsədi gəncləri Azərbaycanın milli-mədəni irsi və tarixi barədə məlumatlandırmaq, adət və ənənələrin qorunub saxlanılması və təbliğ edilməsidir.


15 İyul 2019
Mədəniyyət

Aktrisa Elmira Hidayətova vəfat edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova dünyasını dəyişib.

11 İyul 2019
Mədəniyyət

Fəxrəddin Manafov diktor həyat yoldaşı ilə birgə - FOTO

Azərbaycanın tanınmış sənətkarı, Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı ilə yeni görüntüləri yayılıb.

9 İyul 2019
Mədəniyyət

Tanınmış aparıcıya AzTV-də yüksək vəzifə verildi - AÇIQLAMA

Tanınmış teleaparıcı, vaxtilə "Avroviziya" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş Hüsniyyə Məhərrəmova AzTV-də yeni vəzifəyə təyinat alıb. 

8 İyul 2019
Mədəniyyət

Fəxrəddin Manafovun ARXİV FOTOSU

Bəstəkar-müğənni Nazim Məmmədov xalq artisti Fəxrəddin Manafovla çəkdirdiyi arxiv fotosunu paylaşıb.