Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
REALPRESS-in məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Prezident A.Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək məzarları üzərinə güllər qoyub.
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım istefa verib.
İlham Əliyev: Burada istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək
Ötən il ölkə əhalisinin sayı 83372 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9981457 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.