Ancelina Coliyə qarşı sui-qəsd cəhdi olub

Ancelina Coliyə qarşı sui-qəsd cəhdi olub
28 Okt 2016 15:58

Boşanma xəbəri ilə dünya mətbuatının gündəmində olan məşhur aktrisaAncelina Coli ilə bağlı mühafizəçisi Mark Billinqhem yeni etiraf edib.

Realpress.Az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, mühafizəçi bir müddət əvvəl Ancelinanın həyatına qəsd cəhdinin olduğunu bildirib.

Markın sözlərinə görə, o, çəkilişlərdən birində aktrisaya izdihamın arasından bir nəfərin çox qəribə baxdığının fərqinə varıb:

“Onun baxışlarında o qədər kin-küdurət var idi ki, hər an bədbəxt hadisənin baş verəcəyini düşündüm və haqlı çıxdım. Həmin şəxs növbəti gün Ancelinanın avtomobilinə yaxınlaşaraq yalvardı ki, pəncərəni açsın. Guya, avtoqraf almaq istəyirmiş. Mən dərhal ona reaksiya göstərərək uzaqlaşmağını tələb etdim. Avtomobildən düşərək ondan şəkilləri aldım və dedim ki, Coli onları imzalayana qədər gözləsin. Lakin o kişi mənə şəkilləri verəndən sonra qaçdı”.

Rassel Krou, Tom Kruz, Şon Pen kimi məşhurlarla çalışan mühafizəçi Ancelina-Pitt cütlüyü ilə işləməyin çox çətin olduğunu vurğulayıb:

“Ancelina son vaxtlar mənə məzuniyyət günləri ayırmırdı, məni çox işlədirdi. Etiraz etdim, nəticədə işdən qovuldum”.

Xatırladaq ki, Bred-Ancelina cütlüyünün 3-ü bioloji, 3-ü isə övladlıq olmaqla 6 uşağı var.


19 Dek 2018
Şou-biznes

Zaur Kamalın oxşarı varmış — FOTO

"Xəzər" telekanalının tanınmış aparıcısı Zaur Kamalın oxşarı varmış.

19 Dek 2018
Şou-biznes

Maşın şounu tərk edən Nərgiz ağladı - FOTO

“Maşın şou. Hind kinosu”nu tərk etməyə namizəd olan Nərgiz Əliyevanın layihədəki taleyini SMS-səsverməsi həll edib.

18 Dek 2018
Şou-biznes

Oğluma müğənni qız almaram— Əməkdar artistdən oğluna QADAĞA (VİDEO)

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı əməkdar artist Könül Kərimova olub.

18 Dek 2018
Şou-biznes

Mançester Yunayted Mourinyo ilə yollarını ayırdı

İngiltərənin “Mançester Yunayted” futbol klubu baş məşqçi Joze Mourinyonun istefa etdiyini bəyan edib.