Antarktida üzərindəki ozon dəliyinin ölçüsündə dəyişiklik baş verib

Antarktida üzərindəki ozon dəliyinin ölçüsündə dəyişiklik baş verib
18 Noy 2016 17:45

Yaponiya Meteorologiya Agentliyi əməkdaşlarının verdiyi məlumata görə, cari ildə Antarktida üzərindəki ozon dəliyinin ölçüləri əvvəlki illə müqayisədə kiçilib. Bununla yanaşı, onun ölçüləri son on ilin orta göstəricisi ilə təqribən bərabərdir.

REALPRESS.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.

Agentliyin rəsmi nümayəndələri süni peyklərdən alınan məlumatlara əsasən bildiriblər ki, cari ilin avqustunda əmələ gələn ozon dəliyi sentyabrın 28-də ən böyük həddə çatıb. Həmin vaxt onun ölçüləri 22 milyon 700 min kvadratkilometr təşkil edib. Bu, Antarktidanın ümumi sahəsindən 1,6 dəfə böyükdür.

Xlorftorokarbon və digər qazların təsiri ilə ozon qatının zəifləməsi nəticəsində yaranan dəlik hər il avqustda meydana gəlir və dekabradək davam edir. Ötən il ozon dəliyinin ölçüləri müşahidələr başlayan vaxtdan dördüncü səviyyədə olub.


23 Avq 2019
Maraqlı

İnsan gözündən daha üstün olan linza hazırlandı

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt linzaların yaradılması texnologiyalarını birləşdirərək obyektlərin şəkillərini onları insan gözünün gördüyü kimi çəkən yeni elektron linza hazırlayıblar.

23 Avq 2019
Maraqlı

Cift nədir? Quruluş, funksiyalar, pozulmalar

Cift dölün ana bətninə düşən anından inkişaf etməyə başlayan və hamiləliyin 20-ci həftəsində inkişafını və böyüməsini tamamlayan, dördüncü ayından başlayaraq hamiləliyi qoruyan hormonunu ifraz edən orqandır. 

23 Avq 2019
Maraqlı

Dünyanın ən qədim romanı bu ölkədə yazılıb

Murasaki Şikibunun "Gencinin hekayəsi" əsərinin dünyada qələmə alınmış ilk roman olduğu bildirilir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qənaəti Harvard Universitetinin yapon incəsənəti və mədəniyyəti üzrə professoru Melissa MakKormik bölüşüb.