Avstriyada məktəblərdə şagirdlərin hicab geyinməsi qadağan oldundu

Avstriyada məktəblərdə şagirdlərin hicab geyinməsi qadağan oldundu
16 2019 11:53

Avstriyada orta məktəblərdə şagirdlərin hicab geyinməsi qadağan olunub.

Realpress.az publika.az-a istinadən xəbər verir ki, qadağa parlamentin qanun layihəsini təsdiq etməsi il qüvvəyə minib.

Layihə parlamentdə ciddi mübahisələrə səbəb olub. Müxalif Sosial Demokratlar Partiyası və Yeni Avsrtiya Partiyası qanuna şiddətlə qarşı çıxıb. Lakin müəlliflər radikal sağçı Avstriya Azadlıq Partiyası və mərkəzi sağçı Avstriya Xalq Partiyasının üstünlüyü sayəsində qanun qəbul olunub.

Qanuna müxalif çıxan millət vəkilləri bu qərarın inteqrasiyaya xidmət etməyəcəyini, əksinə ayrı-seçkiliyə yol açacağını vurğulayıblar.

Başda Avstriya İslam Camaatı olmaqla, müxtəlif qeyri-hökumət təşkilatları qanunun konsitutsiyada yer alan bərabərlik maddəsi ilə zidd olduğunu diqqətə çatdırıb və Konsitutsiya Məhkəməsinə qanunun ləğv olunması üçün etiraz edəcəklərini bildirib.

Qeyd edək ki, qanun çərçivəsində 10 yaşına qədər uşaqların baş örtməsi, dini inancları təmsil edən geyimlər geyinməsi qadağan olunub. Qadağaya qarşı çıxan ailələr 440 avroməbləğində cərimə ödəmək məcburiyyətindədir.


22 İyul 2019
Dünya

Dağıstanda ölünün idarə etdiyi maşın tapıldı – FOTO

Dağıstanda ölünün idarə etdiyi maşın tapıldı – FOTO

22 İyul 2019
Dünya

Kanadada təyyarə çaya düşdü: yaralılar var

Kanadanın Alberta əyalətində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.

20 İyul 2019
Dünya

Nigeriyalı kişi təyyarənin qanadında uçmaq istədi - VİDEO

Nigeriyalı kişi təyyarənin qanadında uçmaq istədi - VİDEO