Ayaz Salayev: Soso Pavliaşvilinin konsertinə getməzdim

Ayaz Salayev: Soso Pavliaşvilinin konsertinə getməzdim
26 Okt 2016 15:22

Ramiz Fətəliyevin məktubu kifayət qədər korrektə olunmuşdur. Amma Soso Pavliaşvilinin cavabı olduqca kobuddur. Heç kimin ixtiyarı yoxdur ki, kinomuzun ağsaqqalı haqqında, nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda artıq-əskik ifadələr işlətsin”.

Realpress.Az xəbər verir ki, bu sözləri BAKU.WS-ə Soso PavliaşvilininBakıda - noyabrın 30-da Heydər Əliyev Sarayında keçiriləcək konserti ətrafında yaranan qalmaqala münasibət bildirərkən, tanınmış azərbaycanlı kino tənqidçisi, kinorejissor, ssenarist, əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib.

O, ötən gün xalq artisti Ramiz Fətəliyevin sosial şəbəkədə Soso Pavliaşviliyə ünvanladığı məktubuna və müğənninin də ona verdiyi kobud cavabına sərt münasibətini bildirib:

“Azərbaycanın razılığı, istəyi olmadan Qarabağa gedənləri burada gülərüzlə qarşılamayacaqlar. Onları Azərbaycana buraxıb-buraxmamaq mənim işim deyil, amma şəxsən evimin qapıları onların üzünə bağlıdır. Soso Pavliaşvili deyir ki, Ramiz Fətəliyevi tanımır. Bu Ramiz Fətəliyevin deyil, Soso Pavliaşvilinin problemidir. Ramiz Fətəliyev hətta Azərbaycanın hüdudlarından kənarda da tanınır. Hətta onun ssenarisi əsasında Nikita Mixalkovun filmi də çəkilib. Şəxsən mən Soso Pavliaşvilinin konsertinə getməzdim”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.