Milli komandaların növbəti FİFA reytinqinə qədər keçirəcəyi oyunların təxmini nəticələri və bu ehtimallara əsasən tərtib olunan cədvəl açıqlanıb.
Realpress.Az-ın apasport.az-a istinadən məlumatına görə, Avropanın aparıcı ekspertlərinin fikirləri Azərbaycan yığması üçün heç də ürəkaçan deyil.
Proqnozlara əsasən, millimiz “DÇ-2018”-in seçmə mərhələsinin noyabrın 11-də baş tutacaq matçında məğlub olacaq. İlk üç turda qol buraxmayan və uduzmayan komandamızın Şimali İrlandiya ilə səfər matçında məğlubiyyətini proqnozlaşdıran ekspertlər komandamızın 2 pillə geriləyəcəyini ehtimal edir.
Proqnozlarla qurulan cədvəldə 90-cı olan Robert Prosineçkinin yetirmələri 386 xala malikdir. Hərçənd, bu ay açıqlanan rəsmi siyahıda 404 xalla 88-ci idik. 18 xal itkisi geriyə atılan iki addımla nəticələnəcək. Bu geriləmə Bolqarıstan və Qətərin irəliləməsi ilə bağlıdır.
Qeyd edək ki, FİFA siyahısını noyabrda baş tutacaq seçmə oyunlarından sonra ayın 18-də açıqlayacaq.
"Qarabağ"ın U-19 komandasının 2016/17 mövsümünü qızıl medallarla başa vurmasına, ardınca əsas komandanın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına ən çox sevinən Rəşad Sadıqov və yetirmələri idi. Komandanın o vaxtkı baş məşqçisi olan "Qarabağ"ın hazırkı kapitanının rəhbərlik etdiyi kollektiv seçmə mərhələ oyunları oynamadan birbaşa qrupda iştirak etmək şansı qazanmışdı.
Arvadını döyən idmançının dostu: Anar fağırdır, sülh adamıdır