Beynəlxalq Elektrorabitə İttifaqı İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsi üzrə ölkələrin builki reytinq cədvəlini hazırlayıb.
REALPRESS.Az-ın məlumatına görə, “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cədvəlin birinci sırasında bu il də Koreya Respublikası qərarlaşıb.
175 ölkənin yer aldığı siyahıda Azərbaycan Qazaxıstan, Küveyt, Kipr, Argentina, Çili və Kosta-Rikadan geri qalsa da, Oman, Malaziya, Rumıniya, Montoneqro kimi ölkələrdən irəlidədir.
Cədvəldə Azərbaycan 58, Ermənistan 71-ci, Rusiya 43-cü, Gürcüstan 72-ci sırada dayanıb.
Qeyd edək ki, reytinq cədvəlinin ilk beşliyini İslandiya, Danimarka, İsveçrə və Böyük Britaniya təşkil edir.
ABŞ-ın “Xnor” startapı "sonsuz" avtonom işləmə müddətinə malik süni intellekt sistemli simsiz videomüşahidə kamerasının prototipini hazırlayıb. Günəş enerjisi ilə işləyən qurğu uzun müddət təsviri yaza bilər.
Hakerlərin “Apple” şirkətinin hazırladığı texnologiyaya müdaxiləsi nəticəsində istifadəçilər “iPhone” üçün “Spotify”, “Angry Birds”, “Pokemon Go” və “Minecraft” daxil olmaqla əksər populyar oyun və əlavədən pulsuz yararlanmaq imkanı əldə ediblər. Bu barədə “Reuters” informasiya agentliyinin tədqiqatında deyilir.
Tokioda real vaxt rejimində havanın proqnozlaşdırılması sisteminin sınaqlarına başlanılıb. Meteoroloji radiolokator və yerüstü rəqəmli radio dalğalarının məlumatına əsaslanan texnologiya leysan yağışları və ya qasırğanın başlanmasını 30 dəqiqə öncədən xəbər verəcək.
“Business Insider” nəşri dünyanın 20 ən yaxşı smartfonunu açıqlayıb.
"HKO GDI Foundation" qeyri-kommersiya təşkilatının kibertəhlükəsizlik üzrə eksperti Viktor Qevers internetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkar edib. İzlənilənlərin əksəriyyəti Çində təqib olunan uyğurlardır. Bu haqda "The Financial Times" qəzeti yazıb.