Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) həqiqi üzvü, Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü, texnika elmləri doktoru, professor Əhəd Canəhmədova BMA-nın ali mükafatı – “Mühəndislik şöhrəti” ordeni təqdim olunub.
AMA-dan Realpress.az-a verilən məlumata görə, alim bu mükafata mühəndislik elminin inkişafında böyük xidmətlərinə, tribologiya sahəsində elmi kəşfinə, yeni texnologiyaların işlənməsində və tətbiqindəki uğurlu nəticələrinə, yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasındakı və beynəlxalq əlaqələrin möhkəmlənməsindəki fəaliyyətinə görə layiq görülüb.
Mükafatı Ə.Canəhmədova BMA-nın Prezidentlər Şurasının qərarı ilə Beynəlxalq və Rusiya Mühəndislik akademiyalarının prezidenti, SSRİ-nin və Rusiyanın dövlət mükafatları laureatı, akademik Boris Qusev təqdim edib.
Tokioda real vaxt rejimində havanın proqnozlaşdırılması sisteminin sınaqlarına başlanılıb. Meteoroloji radiolokator və yerüstü rəqəmli radio dalğalarının məlumatına əsaslanan texnologiya leysan yağışları və ya qasırğanın başlanmasını 30 dəqiqə öncədən xəbər verəcək.
“Business Insider” nəşri dünyanın 20 ən yaxşı smartfonunu açıqlayıb.
"HKO GDI Foundation" qeyri-kommersiya təşkilatının kibertəhlükəsizlik üzrə eksperti Viktor Qevers internetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkar edib. İzlənilənlərin əksəriyyəti Çində təqib olunan uyğurlardır. Bu haqda "The Financial Times" qəzeti yazıb.