Azərbaycanda “Milli Super Kompüter Mərkəzi”nin yaradılması planlaşdırılır

Azərbaycanda “Milli Super Kompüter Mərkəzi”nin yaradılması planlaşdırılır
24 Noy 2016 16:49

Azərbaycanda “Milli Super Kompüter Mərkəzi”nin yaradılması planlaşdırılır.

REALPRESS.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində qeyd edilib.

Qeyd olunur ki, “Elektron hökumət”də dövlət qurumları, dövlət-vətəndaş, dövlət-biznes əlaqələrinin operativliyinin təmin edilməsi, informasiya sistemlərinin səmərəli istifadəsi üçün “Milli Super Kompüter Mərkəzi”nin yaradılması nəzərdə tutulur.

Layihədə bildirilir ki, yaxın illərdə əhalinin bütün kateqoriyalarının, o cümlədən məhdud imkanlı qrupların “Elektron hökumət” infrastrukturundan və xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, müasir çıxış vasitələrinin, o cümlədən mobil şəbəkələrin, məlumat köşklərinin, zəng mərkəzlərinin, interaktiv rəqəmsal televiziyanın tətbiqi təmin olunacaq.

2017-2020-ci illərdə rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı çərçivəsində özəlləşdirməyə açıq elan edilmiş rabitə müəssisələrinin özəlləşdirməqabağı restrukturizasiyası və idarəetmə strukturunun təkmilləşdirilməsi, bazar rəqabətinin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.



19 Dek 2018
İT

LG şirkətinin rulon kimi bükülən televizoru 2019-cu ildə təqdim ediləcək

“LG” şirkəti dünyada ilk elastik televizorun satışına hazırlaşır. Rulon kimi bükülə bilən 65 düymlük OLED panelə malik qurğunun təqdimatı gələn il üçün nəzərdə tutulub. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” nəşri məlumat verib. 

19 Dek 2018
İT

Lenovo dünyada ilk 12 giqabaytlıq operativ yaddaşlı smartfon təqdim edib

“Lenovo” şirkəti “Lenovo Z5 Pro” smartfon-slayderinin yeni versiyasını təqdim edib. Orta sinfə aid orijinal modeldən fərqli olaraq “Lenovo Z5 Pro GT” versiyası güclü proqram təminatına malikdir.

19 Dek 2018
İT

Google Playdə yeni virus yayılıb

“Google Play”də yeni virus yayılıb

18 Dek 2018
İT

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Belçikanın paytaxtı Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısı keçirilib. Avropa İttifaqının üzv dövlətləri və Şərq Tərəfdaşlığı ölkələrinin təmsil olunduğu tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Tibb Universitetinin nümayəndələri iştirak ediblər.

18 Dek 2018
İT

HTC şirkəti Desire 12s smartfonunu təqdim edib

Tayvanın “HTC” şirkəti “Desire” smartfon xəttinə “Desire 12s” modelini əlavə edib.