Azərbaycanda “Olympic Moves” idman proqramının yeni mövsümünə start verilir (FOTO)

Azərbaycanda “Olympic Moves” idman proqramının yeni mövsümünə start verilir (FOTO)
22 Noy 2016 15:48

Bakıda Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə icra olunan “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib.

REALPRESS-in məlumatına görə, MOK-un inzibati binasında baş tutmuş tədbirdə ilkin olaraq “Olympic Moves” proqramının ötənilki nailiyyətlərinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə cari mövsümdə proqram çərçivəsində olacaq yeniliklər barədə məlumat verib: "Bu il Azərbaycan idmanı və ümumilikdə ölkəmiz üçün uğurlu bir il olub. Azərbaycan “Rio – 2016” Yay Olimpiya Oyunlarında ümumilikdə 18 medal olmaqla 1 qızıl, 7 gümüş və 10 bürünc əldə edib. Azərbaycanın idman uğurlarının davamlı olması üçün kütləvi idman proqramlarına ehtiyac var. “Olympic Moves” bu sahədə Azərbaycanın ən irimiqyaslı çoxnövlü kütləvi idman proqramıdır. Keçən ildən fərqli olaraq bu il proqram yalnız Bakı deyil, Azərbaycanın 4 rayon və şəhərində təhsil alan məktəbliləri də əhatə edəcək. Proqrama göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinə minnətdarlığımı bildirir və yeni mövsümdə hər kəsə uğurlar arzulayıram".

Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov proqramın ölkədə Olimpiya dəyərlərini, həmçinin fəal və sağlam həyat tərzinin təşviqi istiqamətində əhəmiyyətini, məktəblilərin sağlamlığının mühafizəsində “Olympic Moves” proqramının müstəsna rolunu vurğulayıblar.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel tədbirdə çıxış edərək sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: ""Coca-Cola" 200-dən çox ölkədə fəaliyyət göstərir və bu ölkələrin hamısında cəmiyyətin inkişafı naminə müxtəlif proqramlara dəstək olur. “Olympic Moves” da belə proqramlardan biridir. Proqramın məqsədi məktəblilər arasında Olimpiya dəyərlərini təbliğ etmək, uşaqları idmana cəlb etməklə onların həyatına müsbət dəyişikliklər gətirməkdir. Uşaqlar nə qədər hərəkətdə olarlarsa, bir o qədər də sağlam olarlar. Məktəb şəraitində idmanla məşğul olmaq eyni zamanda uşaqların təhsilinə də müsbət təsir edir. “Olympic Moves” proqramında bizim dəyərli tərəfdaşlarımız Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinə, eləcə də idman federasiyalarımıza təşəkkür edirəm".

“Olympic Moves” proqramının yeni mövsümü ilə bağlı video-çarxın təqdimatından sonra tədbirdə MOK, Təhsil Nazirlyi, Gənclər və İdman Nazirliyi, həmçinin “Coca-Cola” şirkəti arasında “Olympic Moves” çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum proqram çərçivəsində məktəblilər üçün münbit idman mühitinin yaradılması, “Bakı 2015” Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya idman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün fəaliyyətin təşkili məqsədini daşıyır.

Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olympic Moves” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir və Azərbaycanda idmanın inkişafına töhfə verir.


16 Okt 2018
İdman

Mahir Mədətov fitə basılmasından danışdı - VİDEO

UEFA Avropa Liqasının “Arsenal” və Millətlər Liqasının Malta ilə oyununda çıxışına görə tənqid olunan, meydandan çıxarkən fitə basılan millimizin futbolçusu Mahir Mədətov məsələyə münasibət bildirib.

16 Okt 2018
İdman

Həbibə təklif olunan 2 milyon ZİBİL ÇIXDI:Bu axmaq...

Rusiyalı idmançı Həbib Nurməhəmmədovun UFC-dən başqa döyüş liqasına - “Bellator”a keçməsini təklif edən amerikalı məşhur reper Kertis Ceksonla (50 Cent ) Nurməhəmmədovun meneceri arasında İnstaqramda söz atışması olub.