Azərbaycanda şok mobil dələduzluq

Azərbaycanda şok mobil dələduzluq
26 Noy 2016 17:08

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şirkəti olan və dostu Ayaz Kərimovun idarə etdiyi “Cartburq NC” şirkəti Azərbaycanda mobil operatorlar vasitəsilə aparılan beynəlxalq danışıqlar üzrə dövlətə milyonlarla dollar məbləğində ziyan vurmaqda ittiham edilir.

REALPRESS.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu hal Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra aparılan cinayət işinin istintaqı zamanı üzə çıxıb.

Belə ki, istintaqa cəlb edilən mütəxəssislərin köməyi ilə müəyyən olunub ki, 01.01.2014-cü il tarixdən 31.10.2015-ci il tarixədək olan dövr ərzində mobil telefonlar vasitəsi ilə Azərbaycana giriş trafiki üzrə 476 milyon 837 min 342 dəqiqə danışıq aparılıb. Bu danışıqlar üçün beynəlxalq operatorlar tərəfindən təklif edilən yüksək qiymətlərlə minimum 125 milyon 949 min 513 ABŞ dolları gəlir əldə olunması mümkün olub.

Lakin, bu müddət ərzində bir neçə vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadə edərək şəxsi tanışlığa görə bu iş üçün müqavilə bağladıqları “Cartburq NC” şirkəti tərəfindən təklif olunan aşağı qiymətlər əsas götürülərək 100 milyon 135 min 841 ABŞ dolları gəlir əldə olunub.

Bununla da, paylarının 100%-i dövlətə məxsus olan “Azİntelekom” MMC-yə 25 milyon 813 min 671 ABŞ dolları məbləğində ziyan vurulub.

Eyni proses əks istiqamətdə, yəni ölkədən çıxış zənglərində də baş verib.

“Azİntelekom” MMC-nin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etdiyi 06.11.2015-ci il tarixli məktuba əsasən, “Azİntelekom” MMC ilə “Cartburq NC” şirkəti arasında 01 yanvar 2014-cü il tarixdən 31 oktyabr 2015-ci il tarixədək olan dövr ərzində Azərbaycan ərazisindən “Cartburq NC” şirkəti üzərindən çıxışlar Rusiya Federasiyasının Fix 1, Fix 2 və Fix 3 ərazi şəbəkələrinə, həmçinin “Beeline” və “Mobile Othe” operatorlarına həyata keçirilib.

Həmin dəqiqələr üzrə trafikin ümumi dəyəri, “Cartburq NC” şirkəti tərəfindən təklif olunan qiymətlər əsasında 2014-2015-ci illərdə bir dəqiqənin qiyməti Fix 1 üzrə 5.5, Fix 2 üzrə 6.5, Fix 3 üzrə 8.5 sent olmaqla, ümumilikdə 214 min 933 ABŞ dolları məbləğində olub.

Araşdırma zamanı müəyyən olunub ki, Azərbaycandan çıxan beynəlxalq trafik danışıqları üçün digər beynəlxalq operatorlar tərəfindən təklif edilən qiymətlər bu qiymətlərdən xeyli aşağı olub.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.