Azərbaycanlı islamşünas Rusiyanın ən nüfuzlu 100 müsəlmanı siyahısında

Azərbaycanlı islamşünas Rusiyanın ən nüfuzlu 100 müsəlmanı siyahısında
13 2019 15:10



Tanınmış dinşünas, islamşünas və filosof, “Quran”ı rus dilinə tərcümə edən azərbaycanlı Elmir Quliyev Rusiyanın ən nüfuzlu 100 müsəlmanı siyahısına daxil olub.

Siyahını Rusiyanın “Business online” qəzeti tərtib edib.

Qeyd edilir ki, siyahıya düşənlər hakimiyyət, biznes, idman və mədəniyyətdə önəmli yerlər tutur, İslam xeyriyyəçiliyi ilə fəal məşğul olurlar.

Siyahını hazırlamaq üçün islamşünas, alim, məmur və digər ekspertlərin fikri öyrənilib.

Namizədlər Rusiyanın dini, siyasi, iqtisadi və ictimai həyatına təsir imkanları üzrə qiymətləndirilib.

Realpress.az

21 Avq 2019
Cəmiyyət

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.

21 Avq 2019
Cəmiyyət

Azərbaycan nömrəli maşın Türkiyədə qəzaya düşdü - 5 yaralı

Türkiyənin Diyarbakır şəhərinin Bismil rayonunda "Kia" markalı minik avtomobili yolda təmir işləri aparan yük maşınına çırpılıb.