BOĞAZ AĞRISI VƏ ÖSKÜRƏK ZAMANI “TƏBİİ VASİTƏ”

BOĞAZ AĞRISI VƏ ÖSKÜRƏK ZAMANI “TƏBİİ VASİTƏ”
23 Noy 2016 11:14


Havalar soyuduqca bədənin müqaviməti düşür. Günəş şüaları azaldığı üçün fikizi stress artır. Orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma daha tez baş verə bilər. Buna görə immuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Hava soyuq olduğu üçün dəri quruyur, çatlayır, infeksiya və allergik reaksiyalara açıq olur. Burun və ağız içi mukoza soyuğun təsirindən quruduğu üçün qoruyucu mexanizmlər pozulur və mikroblar ağız-burun yolu ilə asanca bədənə daxil olur. Payız xəstəlikləri arasında qrip və soyuqdəyməyə daha çox rast gəlinir: soyuqdəymə və qrip viruslarla yaranan xəstəliklərdir. Əlamətləri halsızlıq, qızdırma, boğazda yanma, burun tutulması, axması və əzələ ağrılarıdır. Bakteriyaların törədikləri infeksiyalar zamanı  isə şiddətli boğaz ağrısı, hərarətin yüksəlməsi, səs batıqlığı, qıcıq tərzində öskürəkağrı meydana gəlir.

Boğaz ağrısı geniş yayılmış xəstəlikdir. Boğaz ağrısına səbəb olan müxtəlif faktorlar var. Boğaz ağrısı, əsasən, udqunanda boğazda pisləşən ağrı kimi özünü göstərən boğazın iltihablanması prosesidir.

FonSEPT  yuxarı tənəffüs yollarının öskürəklə müşayiət olunan xroniki və kəskin iltihabi xəstəliklərinin (faringit, laringit, yuxarı tənəffüs yollarının selikli qişasının mexaniki qıcıqlanması) simptomatik müalicəsi və boğaz ağrıları zamanı istifadə olunan preparatdır.

FonSEPT bitki tərkibli sorma tabletlərin 4 növü var:

FonSEPT portağal tamlı sorma tabletin tərkibi biyan kökü, vitamin Csinkdir. Biyan kökü sınanmış bəlğəmgətirici vasitədir - bəlğəmi durulaşdırır və onun nəfəs yollarından xaric olunmasını asanlaşdırır, səsin xırıldamasını aradan qaldırır. Tərkibindəki saponin və qliserizin xam maddələri sayəsində sinəni yumşaldır və bəlğəm gətirir. Bu bitki həm də, bronxit, soyuqdəymə və qrip kimi xəstəliklərdə və boğaz ağrılarında rahatlatıcı təsirə malikdir.İmmun sistemi qüvvətləndirir.Vitamin C  tənəffüs yollarında damarlarda  keçiriciliyi azaldaraq, şişkinliyi götürür, iltihabəleyhinə, allergiya əleyhinə təsir göstərir. Selikli qişalarda bərpa proseslərini sürətləndirir, infeksiyalara qarşı davamlılığı artırır.Sink immunitet sistemini gücləndirir, infeksiyalardan qoruyur. Bədəndəki mikrobları öldürür. C vitamini və sink  əksər virus xəstəliklərinə qarşı möcüzəli vasitədir. Tədqiqatlar göstərmişdir ki, sink hüceyrələrə antivirus təsiri göstərir. Orqanizmin müdafiə prosesini gücləndirir, antimikrob aktivliyi artırır.

FonSEPT naringi tamlı sorma tabletin tərkibinə zəncəfil, zərdəçalardıc daxildir. Zəncəfil soyuqdəymənin qarşısını alır, əsasən, qrip, bronxit, kəskin respirator virus infeksiyalarını, öskürəyi aradan qaldırır. Tənəffüs yollarını açır. Yerli isidici xüsusiyyəti vardır, immun sistemi aktivləşdirir. Zərdəçal iltihabəleyhinə, antiseptik, antioksidant xüsusiyyətə malik olub, boğazda ağrını götürür, iltihablaşmış ağız boşıuğunun selikli qişasını dezinfeksiya edir. Ardıc güclü dezinfeksiyaedici, bəlğəmgətirici effkekt göstərir.

FonSEPT nanə tamlı sorma tabletin tərkibi evkalipt, mentolnanədir. Evkalipt antiseptik, mikrobəleyhinə -bakterisid, virusəleyhinə, fungisid, antiprotozoy təsirə malik olub, onların tənəffüs yollarında artıb çoxalmasının qarşısını alır. Evkalipt istifadəsi zamanı  eyni zamanda ağrıkəsici, iltihabəleyhinə, bəlğəmgətirici, mukolitik (bəlğəmin yumşalması), bronxolitik (boğulmanın azalması) kimi effektlər də yaranmış olur.  Mentol yerli olaraq yayındırıcı effektə malik olub, ağrı hissiyyatını, göynəmə, qaşınma  hissini aradan qaldırır. Antimikrob, iltihabəleyhinə təsiri vardır.Nanə  spazmolitik təsir edib, tənəffüs yollarında rahat tənəffüsü təmin edir, bundan əlavə yerli ağrıkəsici, antiseptik effekti də vardır. Qrip, öskürək zamanı nanənin çox xeyri vardır. Nəfəs almağı asanlaşdırır. Bəlğəm gətiricidir.

FonSEPT limon tamlı sorma tebletin tərkibinə isə exinaseya, balpropolis daxildir. Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir. Elmi araşdırmalar nəticəsində sübut olunub ki, exinaseya immum mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır. Exinaseya təbii "antibiotik"dir. Bu bitki orqanizmdə ziyanlı mikrobların çoxalmasının qarşısını almaq qabiliyyətinə malikdir.Bal antibakterial, iltihabəleyhinə, antiallergik təsirə malikdir.  Bu xüsusiyyətlərə görə bal soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir. Bal təbii immunostimulyatordur - o, insanın immunitetini gücləndirir, orqanizmin xəstəliklər və infeksiyalara qarşı olan davamlılığını artırır.Propolis  güclü bakterisid, iltihabəleyhinə təsiri vardır. Virus, bakteriya, göbələkləri məhv edir. Aktiv iltihabəleyhinə təsir edərək boğaz – udlaqda ağrını, qızartını aradan qaldırır. Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq propolisə qarşı mikroblarda öyrəncilik əmələ gəlmir.

FonSEPT sorma tabletlərinin bütün növləri bitki tərkibli olduğu üçün istifadəsi tam təhlükəsizdir.

İstifadə qaydası: 1 tablet 2 saatdan bir təyin olunur. Tabletləri  ağızda tədricən sormaq lazımdır.

Sifariş üçün *7700 nömrəsinə və ya aptekonline.az səhifəsinə müraciət edə bilərsiniz.


20 Apr 2018
Səhiyyə - Sağlamlıq

Mütəxəssislər diş ağrısına daha yaxşı təsir edən dərmanları açıqlayıb

Diş ağrısından əziyyət çəkən insanlar stomatoloqa müraciət edənədək ağrını necə azaltmaq barədə düşünürlər. Amerikan alimləri 460 tədqiqatın nəticələrini təhlil edərək bunun cavabını tapıblar: diş ağrısına qarşı ən təsirli vasitə iltihaba qarşı nesteroidli preparatlardır.

19 Apr 2018
Səhiyyə - Sağlamlıq

Allergiyanı yaradan əsas səbəb bu imiş - PEDİATRDAN ƏTRAFLI İZAH

Son zamanlar insanlar arasında allergiya halları kəskin şəkildə artıb. Xüsusilə də yeni doğulan körpələrin əksəriyyətində allergiya olur. Bəs bunun səbəbləri nələrdir?

19 Apr 2018
Səhiyyə - Sağlamlıq

Yaz depressiyası nədir və ondan necə qurtulmalı?

Yaz mövsümü başlayan kimi, yaz depressiyası da özünü göstərməyə başlayır. Ümumiyyətlə, mövsümi depressiyalar arasında payız və yaz depressiyaları xüsusi yer tutur. Mütəxəssislərin fikrincə, payız və yaz depressiyasının fərqi ondadır ki, payız zamanı insanda daha çox yorulma, zövq almamaq, istəksizlik halları müşahidə olunsa da, yaz depressiyası zamanı əsəbilik, tez qıcıqlanma, aqressivlik, işə getməkdən imtina kimi əlamətlər müşahidə edilir.

18 Apr 2018
Səhiyyə - Sağlamlıq

Ayaqlarda ağrıların səbəbləri və ən düzgün müalicəsi

Ayaqlarda ağrılar aşağı ətrafların sümük -dayaq sisteminin xəstəlikləri, daxili xəstəliklər və autoimmun səbəblərdən ola bilər. Ayaqlarda olan arterial və venoz çatışmazlıqdan da ayaqlar ağrıyır.  Diabet xəstələrində isə diabetik neyropatiya inkişaf edir ki, bu zaman sinirlər belə zədələnir.

17 Apr 2018
Səhiyyə - Sağlamlıq

Enerji içkiləri cinsi zəiflik yarada bilər - FOTO

Enerji içkilərinin ziyanları barədə dəfələrlə məlumat verilib.