Bakıda kütləvi dava zamanı polis mayoru bıçaqlanıb – YENİLƏNİB

Bakıda kütləvi dava zamanı polis mayoru bıçaqlanıb – YENİLƏNİB
23 Noy 2016 13:22

Bakıda kafedə oğurluq etmək istəyən şəxslər polis mayorunu bıçaqlayıb.

REALPRESS.Az xəbər verir ki, Report agentliyinin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə ötən gecə Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafedə baş verib.

Belə ki, 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib.

Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov qadınlardan birinə məxsus telefonu oğurlayaraq qaçmaq istəyib. Bunu görən N.Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Ə.Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Ə.Məhərrəmovun küçədə gözləyən hələlik adı bilinməyən tanışı da davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Nəticədə Ə.Məhərrəmov və adı istintaqa məlum olmayan şəxs bıçaq çıxararaq N.Abdullayevə, A.Cəbrayılova və K.Məsimova bıçaq xəsarətləri yetirərək ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. N.Abdullayev və A.Cəbrayılovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində cinayət işi başlanılıb. Araşdırmalar zamanı Ə.Məhərrəmov saxlanılıb. Digər şəxsin axtarışlarına başlanılıb.

Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir. Hadisə vaxtı o xidmətdə olub.



18 Avq 2018
Kriminal

Yetkinlik yaşına çatmayan 13 qızı fahişəliyə cəlb edən qadın və kişi həbs edildi — DƏHŞƏTLİ CİNAYƏT

Nərimanov Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən şəxslərin məhkəməsi başlayıb.

17 Avq 2018
Kriminal

Gəncədəki terror və kütləvi iğtişaşlarla bağlı daha iki nəfər həbs olunub

Gəncədəki terror və kütləvi iğtişaşlarla bağlı daha iki nəfər həbs olunub

17 Avq 2018
Kriminal

Dəhşətli qətl - Kişi evdən küsüb gedən arvadını öldürdü - VİDEO

Samuxda ərlə arvadın münaqişəsi qanla nəticələnib. Həyat yoldaşını övladlarının gözü qarşısında bıçaqlayaraq qətlə yetirən gənc onun bibisinə də çoxsaylı xəsarətlər yetirib.