Bank “Lakşmi” adlı robotu işə götürdü

Bank “Lakşmi” adlı robotu işə götürdü
16 Noy 2016 16:00

Hindistanın “City Union” bankı “Lakşmi” adlı robotu işə götürüb.

RealPress.Az AZƏRTAC-a istinadla xəbər verir ki, xüsusi hazırlıq keçən robot müştərilərin 125 müxtəlif mövzuda suallarını cavablandırmağı bacarır. Süni intellektli robot bankın filialında tətbiq olunub. Bir sıra fiziki jestlərə malik olan “Lakşmi” müştərilərin sorğularına ingilis dilində cavab verir.

Robot həmçinin fərdi xidmətlərin göstərilməsi üçün back-end sisteminə qoşulacaq. Bank gələcəkdə daha 30 filialında bu cür robotları yerləşdirməyi planlaşdırır.


18 Fev 2019
İT

Yaponiya leysan və qasırğanın proqnozlaşdırılması texnologiyasını sınaqdan keçirəcək

Tokioda real vaxt rejimində havanın proqnozlaşdırılması sisteminin sınaqlarına başlanılıb. Meteoroloji radiolokator və yerüstü rəqəmli radio dalğalarının məlumatına əsaslanan texnologiya leysan yağışları və ya qasırğanın başlanmasını 30 dəqiqə öncədən xəbər verəcək.

18 Fev 2019
İT

Dünyanın ən yaxşı smartfonları məlum olub

“Business Insider” nəşri dünyanın 20 ən yaxşı smartfonunu açıqlayıb.

18 Fev 2019
İT

Çin 2,6 milyon nəfəri izləyir

"HKO GDI Foundation" qeyri-kommersiya təşkilatının kibertəhlükəsizlik üzrə eksperti Viktor Qevers internetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkar edib. İzlənilənlərin əksəriyyəti Çində təqib olunan uyğurlardır. Bu haqda "The Financial Times" qəzeti yazıb.

18 Fev 2019
İT

Nvidia neyron şəbəkəsi həqiqi insan sifəti yaratmağı öyrənib

“Nvidia” şirkəti ötən həftə neyron şəbəkəsinin köməyilə yeni şəkillər yaratmağa imkan verən “StyleGAN” alqoritminin kodunu internetə dərc edib.

16 Fev 2019
İT

Süni intellekt feyk xəbərlər yazmağı öyrənib

"OpenAI" qeyri-kommersiya tədqiqat təşkilatı "feyk xəbərlər"in hazırlanması üçün "GPT2" adlı süni intellekt yaradıb. Neyron şəbəkəsi xəbərlərin hazırlanması keyfiyyəti üzrə mövcud mətn generatorlarını 12 dəfə üstələyir.