Baş pediatr: Ölkə üzrə uşaqların 10 faizi tibbi müayinələrdən kənarda qalıb

Baş pediatr: Ölkə üzrə uşaqların 10 faizi tibbi müayinələrdən kənarda qalıb
29 Noy 2016 13:20

Azərbaycanda bütün uşaqları tam kompleks tibbi müayinələrə cəlb etmək mümkün olmayıb. Uşaqların təxminən 10 faizi bu müayinələrdən kənarda qalıb.

REALPRESS-in məlumatına görə, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Baş pediatr qeyd edib ki, uşaqların dispanserizasiyası ilə bağlı əsas çətinlik valideynlərin məsuliyyətsizliyi ilə bağlıdır:

"Bu problem daha çox rayonlarda müşahidə edilir. Rayonlarda bəzi valideynlər uşaqları dispanserizasiyadan yayındırırlar. Ona görə də biz uşaqları tam olaraq, bu müayinələrə cəlb edə bilməmişik".


19 Dek 2018
Cəmiyyət

Nazir müavini vergidəki güzəştlərdən danışdı - 500 min şəxs vergi ödəməyəcək

"2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsində əməkhaqqıdan tutulan gəlir vergisi ilə bağlı güzəştlərdən 500 mindən çox vətəndaş faydalanacaq".

19 Dek 2018
Cəmiyyət

Bravoya Audi-Q3lə girən xanım sürücü kimdir? (FOTO)

Ötən gün Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub.