Beynəlxalq Kosmik Stansiyadan edilən canlı yayım saxta çıxdı – FOTO + VİDEO

Beynəlxalq Kosmik Stansiyadan edilən canlı yayım saxta çıxdı – FOTO + VİDEO
27 Okt 2016 11:10

Bir neçə gündür ki, Facebook-da Beynəlxalq Kosmik Stansiyadan (BKS) paylaşılan və 3 saat davam edən canlı yayım milyonlarla layk alıb və paylaşılıb. 

Realpress.Az Technote.az-a istinadən xəbər verir ki, amma çox keçməyib ki, günün ən çox paylaşılan xəbərlərindən olan bu canlı yayımın saxta olduğu üzə çıxıb.

Gün ərzində LiveUSA, INTERESTINATE və UNILAD kimi məşhur “Facebook” səhifələrində milyonlarla layk və paylaşım alan video bəzi istifadəçilərdə şübhə yaradıb.

Daha sonra NASA-nın rəsmi saytında və FB səhifəsində heç bir canlı yayım xəbərinin olmaması isə bu şübhələrin əsaslı olduğunu göstərib.

ABŞ-ın böyük xəbər portalı “Mashable” NASA ilə əlaqəyə keçib və onlara bu gün BKS-dən heç bir canlı yayımın baş tutmadığı bildirilib. 

Sonrakı saatlarda isə canlı yayımın əslində 2013-cü ildə rus kosmonavtları tərəfindən çəkilən video olduğu üzə çıxıb.

FB-da paylaşılan canlı yayım:

Əsl video (2013)




19 Dek 2018
İT

2022-ci ilədək dünya əhalisinin 60 faizi internetdən istifadə edəcək

ABŞ-ın “Cisco” şəbəkə avadanlığı istehsalçısı internetdə “Şəbəkə texnologiyalarının əyani inkişaf indeksi” (Visual Networking Index, VNI) tədqiqatının nəticələrini açıqlayıb. Məruzə qlobal “IP” şəbəkələrinin 2017-2022-ci illərdə inkişafına həsr olunub.

19 Dek 2018
İT

Afrikada internetin inkişafına 25 milyard dollar ayrılacaq

Ümumdünya Bankı 2030-cu ilədək Afrika ölkələrinin internetə çıxışını təmin etmək məqsədi ilə Afrikada informasiya texnologiyalarının inkişafına 25 milyard dollar məbləğində sərmayə qoymaq niyyətindədir.

19 Dek 2018
İT

Yerdənkənar həyatın axtarışı üçün atom tunel zondu yaradılıb

ABŞ mütəxəssisləri yerdənkənar həyat və ya onun əlamətlərinin axtarışı üçün Yupiter peykinin səthində qazma işləri aparacaq tunel zondu yaradıblar.

19 Dek 2018
İT

LG şirkətinin rulon kimi bükülən televizoru 2019-cu ildə təqdim ediləcək

“LG” şirkəti dünyada ilk elastik televizorun satışına hazırlaşır. Rulon kimi bükülə bilən 65 düymlük OLED panelə malik qurğunun təqdimatı gələn il üçün nəzərdə tutulub. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” nəşri məlumat verib. 

19 Dek 2018
İT

Lenovo dünyada ilk 12 giqabaytlıq operativ yaddaşlı smartfon təqdim edib

“Lenovo” şirkəti “Lenovo Z5 Pro” smartfon-slayderinin yeni versiyasını təqdim edib. Orta sinfə aid orijinal modeldən fərqli olaraq “Lenovo Z5 Pro GT” versiyası güclü proqram təminatına malikdir.