Britaniya alimləri səhərlər pis əhval-ruhiyyənin səbəblərini araşdırıblar

Britaniya alimləri səhərlər pis əhval-ruhiyyənin səbəblərini araşdırıblar
04 Noy 2016 16:28

Londonun Universitet Kollecinin mütəxəssisləri səhərlər insanlarda müşahidə olunan pis əhval-ruhiyyənin səbəblərini araşdırıblar. Məlum olub ki, xoş əhval-ruhiyyə və gümrahlığın təminatı bizim neçə saat yuxuda olmağımız deyil, hansı vəziyyətdə yatmağımızdır.

Realpress.az “Mir 24” saytına istinadla xəbər verir ki, könüllülər arasında aparılan tədqiqatlar sol yanı üstə və ən əsası çarpayının sol tərəfində yatanların səhərlər daha dincəlmiş və gümrah oyandıqlarını göstərib.

Məlum olub ki, embrion formasında, yəni yanı üstə, ayaqları dizdən bükülmüş və özünə tərəf çəkilmiş halda yatanlar daha tez - təxmini 10-15 dəqiqəyə yuxuya gedirlər. Məhz belə “qapalı” vəziyyət bədəni maksimal hərəkətsiz və yüksək hərarətdə saxlayır ki, bu da daha dərin yuxuya səbəb olur.

Bundan əlavə, alimlər üzüüstə yatmağın sağlamlığa ziyan verdiyini bildiriblər. Belə vəziyyətdə yatanlar başlarını yana çevirirlər ki, bu da onurğa arteriyalarının sıxılmasına səbəb olur. Bu hal beynin qan dövranının pozulması ilə yanaşı, döş qəfəsinə təzyiqi də artırır.

Gənc nəslin kürəküstə yatmadığını söyləyən alimlər bu vəziyyətin yaşlı nəsil arasında daha çox yayıldığını bildiriblər. Bununla yanaşı mütəxəssislər kürəküstə yatmağın üz dərisi üçün faydalı olduğunu, ürəyin funksiyasının tənzimlənməsinə, əzələlərin gərginliyinin aradan qaldırılmasına kömək edir.


20 Okt 2018
Maraqlı

Tanınmış türk müğənni cinsiyyətini dəyişdirdi - FOTO

Türkiyənin tanınmış kişi müğənnisi cinsiyyətini dəyişdirib.

20 Okt 2018
Maraqlı

Şabanın 22 il əvvəl Ərdoğan haqqında dedikləri - VİDEO

1994-1995-ci illərdə "Star” telekanalında yayımlanan "Bay Kamber” serialının seriyalarından birində o vaxt İstanbulun bələdiyyə başçısı olan Rəcəb Tayyib Ərdoğandan danışılır. 

19 Okt 2018
Maraqlı

Qlobal İnfluenser Gününün proqramı açıqlandı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçiriləcək "İnnovasiya həftəsi" çərçivəsində baş tutacaq "Qlobal İnfluenser Günü" ("Global İnfluencer Day") tədbirin proqramı bəlli oldu.

19 Okt 2018
Maraqlı

Daşınan süni böyrəyin yaradılması üçün addım atılıb

Beynəlxalq tədqiqatçılar qrupu daşınan süni böyrəyin yaradılmasını sürətləndirəcək yeni sidik cövhəri ixtira edib.

19 Okt 2018
Maraqlı

Gecələr makiyajın silinməsi və bu prosesin vacibliyi...

Hər bir qadın üçün dekorativ kosmetikanın alışı xoş emosiyalar deməkdir. Kosmetika aldıqda, biz, onun keyfiyyəti, yeni olması, parlaqlığı və həmçinin qiymətinə nəzər salırıq.