Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə komitəsi yaradılıb

Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə komitəsi yaradılıb
23 Noy 2016 12:17

Ermən girovluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsi yaradılıb.

REALPRESS-in məlumatına görə, komitəyə ilkin olaraq 80 nəfər üzv qəbul edilib. Əlövsət Ağalarov komitənin sədri seçilib.

Müdafiə Komitəsi, həmçinin Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarına, Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət qəbul edib. Müraciətdə girovluqda saxlanılan hər iki azərbaycanlının azad edilməsinə yardım etmək xahiş olunur.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


25 Apr 2019
Hərbi

Zakir Həsənov aviasiya bazasının yeni komanda məntəqəsinin açılışında - VİDEO - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin aviasiya bazasının yeni inşa edilən birləşmiş komanda məntəqəsinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

22 Apr 2019
Hərbi

Azərbaycan pilotları təlim-məşq uçuşlarında - FOTO/VİDEO

Azərbaycan pilotları təlim-məşq uçuşlarında - FOTO/VİDEO

22 Apr 2019
Hərbi

Cəbhədə vəziyyət gərgin olaraq qalır

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.