Dubaydan Azərbaycana gələn turistlərin sayı artıb

Dubaydan Azərbaycana gələn turistlərin sayı artıb
04 Noy 2016 14:33

2015-ci ildə Dubaydan ölkəmizə gələn xarici vətəndaşların sayı 750 nəfər, 2016-cı ilin 6 ayında isə 9500-dən çox olub. Son 9 ayda Dubaydan Azərbaycana gələn turistlərin sayı 22 minə çatıb. 

"Realpress.az"-ın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Bildiyiniz kimi istənilən əcnəbi vətəndaş ASAN Xidmət vasitəsilə 3 gün ərzində viza ala biləcək. Bu da turizmin inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Ölkə başçısı tərəfindən viza məsələsi ilə verilən dəstək yay mövsümündə turistlərin ölkəmizə axınına şərait yaradıb”, - deyə o vurğulayıb.