Eldar Mahmudovun oğlunun şərikinin əmlakına həbs qoyulub – SİYAHI

Eldar Mahmudovun oğlunun şərikinin əmlakına həbs qoyulub – SİYAHI
18 Noy 2016 18:00

“Rabitə işi” üzrə axtarışa verilmiş “Caspian Telecommunication LTD” şirkətinin rəhbəri və “AKEY” MMC-nin direktoru Ayaz Elxan oğlu Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki və dostudur.

REALPRESS.Az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, məhkəmə A.Kərimovun mülkiyyətində olan 10-A-378 nömrəli “Harley Devidson” markalı motosikletinə, ona məxsus olan “AKEY” MMC-nin mülkiyyətində olan 10-PB-378 nömrəli “Maserati Quatroporte S Q4” markalı avtomobilinə, 90-AA-378 nömrəli “Jaguar XJ” markalı avtomobillər və Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1 hektar torpaq sahəsi üzərinə həbs qoyub.

Yaranmış zərurətlə əlaqədar olaraq “AKEY” MMC-nin işçilərinin “Aztelekom” MMC-də, “Azercell Telecom” MMC-də, “Bakcell” MMC-də quraşdırıb xidmət göstərdikləri avadanlıqlara baxış keçirilib. “Aztelekom” MMC-də olan avadanlıqların “Cartburg NC” şirkətinə, digər müəssisələrdə olan avadanlıqların isə ləğv edilmiş MTN-ə məxsus olması müəyyən edilib.

Həmçinin “Cartburg NC” şirkətinin “Aztelekom” MMC-nin “S-12” beynəlxalq stansiyasında quraşdırılmış avadanlıqların qiymətləndirilməsi aparılıb, həmin avadanlığın amortizasiya xərcləri nəzərə alınmaqla və avadanlığa yüklənilmiş proqram təminatı qiymətləndirilmədən dəyərinin 112826 ABŞ dolları olduğu müəyyən olunub. Yaranmış zərurətlə əlaqədar olaraq Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli qərarı ilə həmin avadanlıq üzərinə həbs qoyulub.

İstintaq zamanı A.Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin sonuncu cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən A.Kərimovun törətmiş olduğu cinayət əməli CM-in 179.3.1 (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib. Onun barəsində CM-in həmin maddələri ilə yenidən ittiham elan edilməsi haqqında 10 avqust 2016-cı il tarixdə qərar qəbul edilib.

İttiham aktında göstərilib ki, iş materiallarına əlavə olunan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin 22 dekabr 2015-ci il tarixli və 21 yanvar 2016-cı il tarixli xidməti məktublarından görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Caspian Telecommunication LTD” şirkətinin faktiki olaraq, ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun dostu ilə A.Kərimovun müştərək şirkətləri olması müəyyən edilib. Həmin şəxslər “Cartburg NC” şirkətinin Azərbaycanda fəaliyyətinə A.Kərimov rəhbərlik edib. “Cartburg NC” şirkəti tərəfindən əldə olunan aylıq külli miqdarda gəlirin qeyri-qanuni yolla “AGbank” ASC-nin Mişa adlı işçisində toplanması, onun tərəfindən əvvəlcədən müəyyən olunub.


25 İyun 2019
Kriminal

Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

22 İyun 2019
Kriminal

Bakıda gəlin qayınatasını öldürdü

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

21 İyun 2019
Kriminal

Buzovnada narkoplantasiya aşkarlandı

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş D.Ardatyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.

20 İyun 2019
Kriminal

Qan davasında ölən qadının oğlu: "Bəlkə mən də onun anasını öldürüm?"

Bir neçə gün əvvəl Ağstafada baş verən qan davasında həlak olan Zeynəb Cəlilovanın oğlu Azad Cəlilov sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. 

20 İyun 2019
Kriminal

Sabunçuda 19 yaşlı qız sərxoş atasını bıçaqladı

Bakıda atasını bıçaqlamaqda təqsirli bilinən Günel Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.