Evində narkotik saxlayan şəxs tutulub

Evində narkotik saxlayan şəxs tutulub
28 Noy 2016 08:56

Göygöl sakininin evindən külli miqdarda narkotik aşkarlanıb.

ARB Kəpəz-dən REALPRESS-ə verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, Balçılı kənd sakini 61 yaşlı İlqar Əliyev saxlanılıb.

O, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində şübhəli bilinərək tutulub. Sonradan Əliyevin Balçılı kəndindəki yaşadığı evə baxış keçirən polis əməkdaşları külli miqdarda narkotik vasitə aşkarlayıblar.

Həmid Həsənov Göygöl Rayon Polis Şöbəsinin İstintaq Qrupunun müstəntiqi: "Onun üzərinə hal şahidləri və vəkilin iştirakı ilə baxış keçirilib. Üzərindən 45 qram narkotik bitki mənşəli vasitə aşkar olunaraq götürülüb. Şübhəli şəxs qismində dindirilən zaman yaşadığı Göygöl rayonu Balçılı kəndində evinin damında narkotik vasitə olduğunu bildirmişdi. Evə baxış keçirilən zaman 5 ədəd torbada narkotik vasitə olan marixuana və xaş-xaş tərəfimizdən aşkarlanaraq götürülüb".

Saxlanılan şəxsin dediyinə görə, o, marağının bəlasına düşüb.

İlqar Əliyev saxlanılan şəxs: "Çaylaqdan yığmışdım. Gətirdim toxumunu məhlədə əkdim. İstifadə etmirəm, satmıram. Maraq xatirinə əkdim ki, görüm nə çıxır, bu nədir".

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi araşdırmalar aparır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.