FİFA qalmaqalı: Çiriboqa 10 il müddətinə azadlıqdan məhrum edilib

FİFA qalmaqalı: Çiriboqa 10 il müddətinə azadlıqdan məhrum edilib
19 Noy 2016 10:15

FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri,  Ekvador Futbol Federasiyasının sabiq prezidenti Luis Çiriboqa 10 il müddətinə azadlıqdan məhrum edilib.

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, L. Çiriboqa çirkli pulların yuyulmasında təqsirli bilinib.

2015-ci ilin yanvarında, L. Çiriboqa dördüncü dəfə Ekvador Futbol Federasiyasının prezidenti seçilib. Ötən ilin dekabrında ona FİFA-dakı korrupsiya qalmaqalı ilə əlaqədar ittiham irəli sürülüb. Bundan sonra L. Çiriboqa könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş verib, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.