Fərdi təhsillə bağlı yeni - ƏMR

Fərdi təhsillə bağlı yeni - ƏMR
12 2019 16:49


Azərbaycanda fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.

Realpress.az xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmr əsasında uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsi təmin ediləcək.

Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2019-2020-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq olunub.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub. 


23 İyul 2019
Cəmiyyət

Azərbaycanda yeni sürücülük vəsiqəsinin nümunəsi təsdiqlənib - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiq edib.

23 İyul 2019
Cəmiyyət

İki uşaq xəstəxanaya atılıb - birinin 10 yaşı var, digəri 5 aylıqdır - VİDEO

Bərdə rayonunda iki azyaşlı uşaq nənəsi və babası tərəfindən xəstəxanaya atılıb.

23 İyul 2019
Cəmiyyət

Bakıda icazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbbüs qrupunun üzvləri - Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.