Güləş üzrə respublika birinciliyi keçirilib

Güləş üzrə respublika birinciliyi keçirilib
21 Noy 2016 11:39

Xaçmaz Olimpiya İdman Kompleksində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) açıq respublika birinciliyi keçirilib.

Respublika birinciliyi 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında təşkil olunub. Birinciliyin keçirilməsində əsas məqsəd mərkəzin yeniyetmələrdən ibarət yığma komandalarını formalaşdırmaq, perspektivli idmançıları aşkar etmək və bu idman növünə uşaqların marağını artırmaqdan ibarət olub.

Sərbəst güləş üzrə yarışlarda ümumilikdə 300-ə, yunan-Roma güləşi üzrə yarışlarda isə 280-ə yaxın idmançı mübarizə aparıb.

Maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən sərbəst güləş üzrə komanda hesabında I yeri Abşeron Uşaq Gənclər İdman Mərkəzinin (UGİM), II yeri “Təhsil” RİM-in 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Mərkəzinin  (RİOEUGİM), III yeri Siyəzən rayon Uşaq-Gənclər İdman Mərkəzinin (UGİM) komandaları qazanıb. 

Yunan-Roma güləşi üzrə isə komanda hesabında I yeri “Təhsil” RİM-in 1 saylı RİOEUGİM-in, II yeri Beyləqan rayon UGİM-in, III yeri isə “Təhsil” RİM-in Sumqayıt filialının  komandaları  tutublar.



19 Dek 2018
İdman

Hacı Nuran onun ölüm xəbərini yaydı - FOTO

Tanınmış idmançı, Azərbaycanın uşu–sanda idman növündə 12 qat dünya çempionu və 5 qat Avropa çempionu Ramil Allahverdiyevin həyat yoldaşı Lalə Allahverdiyeva dünyasını dəyişib.

18 Dek 2018
İdman

Çempionlar Liqasında 1/8 finalın təqvimi açıqlandı

Çempionlar Liqasında 1/8 final mərhələsinin təqvimi açıqlanıb.

18 Dek 2018
İdman

FIFA klublararası dünya çempionatının qaydalarını dəyişdi

FIFA klublararası dünya çempionatının qaydalarını dəyişdi