Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC Gürcüstanın daha iki kanalı – “Palitra” TV və “Trialeti” TV kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb.
“Azərkosmos” ASC-dən Realpress.Az-a verilən məlumata görə, müqaviləyə əsasən, kanal 2016-cı ilin oktyabr ayından etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/27500 tezliyi ilə yayımlanır.
Adıçəkilən kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, idman, musiqi, yumor və mədəniyyət verilişləri nümayiş olunur. Peyk operatoru, həmçinin Türkiyənin “Damar” FM radio kanalı ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanalı “Azerspace-1” peyki üzərindən 2016-cı ilin oktyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.
“Google” şirkəti öz messencerləri ilə bağlı qarma-qarışıqlığı aradan qaldırmaq üçün növbəti dəfə təşəbbüs edir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-də olub.
Yaponiyanın “Sony” şirkəti və ABŞ-ın Karnegi-Mellon Universitetinin mütəxəssisləri mətbəxdə insanı tam əvəzləyəcək robot kulinarın yaradılması üzrə işə başlayıblar.
“Facebook” sosial şəbəkəsi öz prosessorunu hazırlamaq üçün komanda formalaşdırmağa başlayıb. Bu haqda vakansiyalar siyahısına və etibarlı mənbələrə istinadən “Bloomberg” nəşri yazıb.
“Huawei” şirkəti “Honor” brendinə məxsus iki yeni qurğusunu (qabaqcıl smartfon və ultrabuk) təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, rəngini yaşıldan bənövşəyiyə dəyişən şüşə korpusla təchiz edilmiş smartfon “Full HD” təsvir ölçülü 5,84 düymlük maye kristal ekran, süni intellekt funksiyaları ilə "sürətləndirilmiş" “Kirin 970” prosessoru ilə təchiz edilib. “Huawei Mate 10 Pro”, “P20” və “View 10” smartfonlarında da eyni prosessor quraşdırılıb.