İki qadın sürücü paytaxtda qəza törətdi - TIXAC yarandı (FOTO)

İki qadın sürücü paytaxtda qəza törətdi - TIXAC yarandı (FOTO)
28 Noy 2016 12:22

Bakıda iki qadın sürücü yol qəzası törədib. REALPRESS-in məlumatına görə, hadisə noyabrın 28-də səhər saat 09:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib.

"Nissan Tida" markalı 90 MD 886 dövlət nömrə nişanlı avtomobil Badamdar qəsəbəsindən hərəkət edərkən Yasamal rayonu ərazisində, AMEA-nın Mərkəzi Nəbatat Bağının qarşısındakı piyada keçidində idarəetməni itirərək, həmin yolda hərəkətdə olan 99 FK 103 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəza həmin yolda böyük tıxaca səbəb olub. Bakı şəhər Dövlət Yol Polisi əməkdaşlarının müdaxiləsindən sonra yolda avtomobillərin hərəkəti bərpa olunub.

Xatırladaq ki, hər iki avtomobili idarə edən sürücülər qadın olub.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.