İlham Əliyev: “Azerspace-2”nin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələnin təməlini qoyacaq

İlham Əliyev: “Azerspace-2”nin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələnin təməlini qoyacaq
29 Noy 2016 11:45

Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir: “Hörmətli sərgi və konfrans iştirakçıları! Sizi – “Bakutel-2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarını Bakı şəhərində ürəkdən salamlayır, hər birinizə gələcək işlərinizdə uğurlar diləyirəm.

Xəzərətrafı regionda telekommunikasiya və informasiya texnologiyaları üzrə ən nüfuzlu tədbirə çevrilmiş bu ənənəvi sərgi və konfrans, bir qayda olaraq, ölkəmizin, eləcə də dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərin yüksək texnologiyalar sahəsində ən son nailiyyətlərinin təqdim edildiyi məkan rolunu oynayır”.

Dövlət başçısı qeyd edib ki, bu gün davamlı tərəqqi dövrünü yaşayan Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib: “Müasir texnologiyalardan lazımınca yararlanmaq üçün ölkəmizdə əlverişli şərait yaradılmış, cəmiyyətin gündəlik həyat fəaliyyətinin tərkib hissəsi olan internetə yüksəksürətli çıxış və ondan sərbəst istifadə imkanı təmin edilmişdir. Hazırda rəqəmli televiziya yayımı həyata keçirilməkdədir. Dövlət idarəçiliyində müasir metodlar və texnoloji yeniliklər sayəsində “elektron hökumət” sisteminin tətbiqi genişlənmişdir”.

İlham Əliyev bildirib ki, texnologiya parklarının fəaliyyətə başlaması, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqi, istehsal və investisiyayönümlü innovativ layihələrə dövlət dəstəyi, o cümlədən güzəştli maliyyə təminatı respublikamızda təşəkkül tapmaqda olan startapların inkişafına, gənclərin təşəbbüskarlığının artmasına və nəticə etibarilə iqtisadiyyatımızın dinamik yüksəlişinə xidmət göstərir:

“Azerspace–1” və “Azersky” peykləri dünya kosmik ailəsində ölkəmizin layiqli yer tutmasını təmin etmişlər, eyni zamanda, regionun peyk xidmətləri ilə təchizatında da onların mühüm rolu vardır. Ümidvaram ki, növbəti telekommunikasiya peykimiz “Azerspace–2”nin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələnin təməlini qoyacaqdır.

İnanıram ki, sərgi və konfrans çərçivəsində keçirəcəyiniz səmərəli görüşlər, müzakirə edəcəyiniz aktual məsələlər yeni təşəbbüslərin meydana çıxmasına və gerçəkləşməsinə, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir”.


16 Okt 2018
Siyasət

Paşinyan bu gün istefa verəcək - Ermənistan bu günü maraqla gözləyir

Bu gün - 16 oktyabr tarixində Ermənistan baş naziri Nikol Paşinyanın istefası gözlənilir. 

16 Okt 2018
Siyasət

Milli Məclisin iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

16 Okt 2018
Siyasət

Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet — VİDEO

Türkiyənin “Haber Global” telekanalı Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan dövlətinin başçısı postundakı 15 illik fəaliyyəti ilə bağlı süjet hazırlayıb.

16 Okt 2018
Siyasət

San Fransiskodan Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə

ABŞ-ın San-Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edib.

15 Okt 2018
Siyasət

İlham Əliyevin cənub bölgəsinə səfəri - YENİLƏNİB + FOTO

İlham Əliyevin cənub bölgəsinə səfəri - YENİLƏNİB + FOTO