İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib
30 Noy 2016 14:20

REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Adana vilayətində baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, başsağlığında deyilir:

"Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


20 Avq 2019
Siyasət

İrandan kəskin bəyanat

“İran Nüvə Anlaşması danışıqları masasına geri qayıtmayacaq”.

19 Avq 2019
Siyasət

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb

Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən növbəti komanda-qərargah təlimi müxtəlif mərhələlərdə icra edilir.

19 Avq 2019
Siyasət

“Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm” - Mehriban Əliyeva

Realpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bunu İnstaqram sosial şəbəkəsindəki səhifəsində yazıb.