İlham Əliyev və Ərdoğan telefonla danışdı

İlham Əliyev və Ərdoğan telefonla danışdı
15 2019 14:32


Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb. 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

15 İyul 2019
Siyasət

TƏCİLİ – Keşikçi dağdakı insidentə görə gürcü səfir XİN-ə çağırıldı

Azərbaycan Xarici İşlər Nazirliyi Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb.

15 İyul 2019
Siyasət

“Keçikçidağ”da baş verən insidentlə bağlı - RƏSMİ AÇIQLAMA

“Keçikçidağ”da baş verən insidentlə bağlı - RƏSMİ AÇIQLAMA

15 İyul 2019
Siyasət

Ermənilər “Köçəri” oynadı, azərbaycanlılarla qarşıdurma yarandı - VİDEO

Ermənilər “Köçəri” oynadı, azərbaycanlılarla qarşıdurma yarandı 

15 İyul 2019
Siyasət

Azərbaycanlı deputatlar Türkiyədədir - SƏBƏB

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılova Türkiyədə 15 iyul - çevriliş cəhdinin qarşısının alınmasının 3-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün Ankarada səfərdədir.