İndoneziya Azərbaycanın “ASAN xidmət” təcrübəsini öyrənir

İndoneziya Azərbaycanın “ASAN xidmət” təcrübəsini öyrənir
29 Noy 2016 11:28

Cakartada İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyində nazir N.Asman Abnur ilə Azərbaycanın bu ölkədəki səfiri Tamerlan Qarayev arasında görüş keçirilib.

Səfirlikdən verilən məlumata görə, görüşdə ölkəmizin brendi və “bir pəncərə” prinsipi əsasında qurulmuş “ASAN xidmət” modeli müzakirə olunub. Bununla bağlı, 1-2 noyabr tarixlərində ictimai xidmətlər məsələləri üzrə nazir müavini Diah Natalisanın rəhbərlik etdiyi İndoneziya Hökumətinin nümayəndə heyətinin ASAN xidmət ilə tanış olması üçün Bakıya səfər etməsi qeyd olunub.

Görüşdə həmçinin, Koreyanın Busan şəhərində 9-10 noyabrda keçirilmiş “Hökumət 3.0. Qlobal Forumu” əsnasında nazir A.Abnur ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov arasında ikitərəfli görüşün nəticələri xüsusən qeyd edilib və vətəndaşlara xidmət sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə olunub.

Görüşdə iki ölkə arasında ictimai xidmətlər və onların effektiv tətbiqi sahəsində əməkdaşlığın inkişafına dair konkret addımlar üzrə fikir mübadiləsi aparılıb.


20 Apr 2018
İqtisadiyyat

Dolların 3 günlük məzənnəsi

Aprelin 23-nə manatın məzənnəsi açıqlanıb.

20 Apr 2018
İqtisadiyyat

Dolların bahalaşma səbəbi açıqlandı

Bugünkü ticarət sessiyasında dolların məzənnəsi digər əsas dünya valyutalarına qarşı bahalaşacaq, çünki investorlar ABŞ Mərkəzi Bankı hesab edilən Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələrini növbəti dəfə artıracağını gözləyir.

20 Apr 2018
İqtisadiyyat

Dolların bu günə olan məzənnəsi

Aprelin 20-nə manatın məzənnəsi açıqlanıb.