İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Koordinasiya Komissiyasının IV iclasının vaxtı dəqiqləşib

İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Koordinasiya Komissiyasının IV iclasının vaxtı dəqiqləşib
04 Noy 2016 16:03

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Koordinasiya Komissiyasının IV iclasının vaxtı dəqiqləşib. Realpress.az saytının məlumatına görə, yığıncaq noyabrın 8-də keçiriləcək.

İclasda IV İslamiadanın icraçı direktoru, gənclər ve idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK), həmçinin İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, Əlaqələndirmə Komissiyasının sədri Hamad Kalkaba Maldoum və digər rəsmilər iştirak edəcəklər.

Proqrama əsasən, saat 09:00-da yığıncaq öz işinə başlayacaq. Burada İslamiadada iştirak edəcək idman növünün və atletlərin sayı dəqiqləşəcək. Bununla yanaşı, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər məsələlər müzakirə olunacaq. Günün yekununda, saat 16:00-da KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Ertəsi gün isə marketinq, yayım, kommersiya, həmçinin açılış və bağlanış mərasimləri barədə də fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarına gələn il mayın 12-də start götürəcək və 22-də başa çatacaq. Bakıda təşkil olunacaq yarışda 57 ölkədən 5000-dək atletin iştirakı gözlənilir. 


25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.