MTRŞ: Bəzi telekanallar serialların çəkilişi üçün ayrılan vəsaiti saxta yollarla israf etməyə cəhd edib

MTRŞ: Bəzi telekanallar serialların çəkilişi üçün ayrılan vəsaiti saxta yollarla israf etməyə cəhd edib
29 Okt 2016 16:31

“Yaxın keçmişdə efir məkanımız Latın Amerikası ölkələrinin istehsalı olan və bir çox hallarda Azərbaycan mentaliteti ilə əsla uzlaşmayan ucuz teleseriallarla dolmuşdu. Bu isə xalqın çoxəsrlik milli-mənəvi dəyərlərini sürətlə aşınmaya aparırdı”.

Realpress.Az-ın APA-ya istinadla məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyevin “Xalq” qəzetində dərc olunan məqaləsində deyilir.

Q.Cəbiyev bildirib ki, bunu nəzərə alaraq prezident İlham Əliyev 2012-ci və 2013-cü illərdə milli teleseriallar çəkmək məqsədi ilə telekanallara təqribən 15 milyon dollar həcmində yardım ayırıb:

“Teleradio Şurası tərəfindən müvafiq müqavilə şərtləri ilə həmin vəsait respublika yayımçısı olan özəl kanallar arasında bərabər şəkildə bölüşdürüldü. Məmnunluq hissi ilə bildirməliyəm ki, yayımçıların əksəriyyəti dövlət başçısının qayğısı müqabilində üzərilərinə düşən öhdəliklərə layiqincə əməl etməklə keyfiyyətli efir materialı ortaya qoydu.

Əfsuslar olsun ki, müqavilə öhdəliklərindən yayınaraq ayrılmış vəsaiti saxta yollarla israf etmək cəhdləri də oldu. Lakin Teleradio Şurası sona qədər prinsipiallıq göstərərək belə cəhdlərin qarşısını aldı”.


18 Fev 2019
Mədəniyyət

Xocalı faciəsinə həsr olunmuş Cəzasız cinayət filminin təqdimatı olacaq

Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində “Cəzasız cinayət” adlı sənədli filmin təqdimatı olacaq.

15 Fev 2019
Mədəniyyət

Kürdəmirdə mədəniyyət işçilərinin toplantısı olub

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəyə tabe olan mədəniyyət müəssisələrində çalışan rəhbər və gənc əməkdaşların iştirakı ilə toplantı keçirilib.

14 Fev 2019
Mədəniyyət

Nəsimişünaslar dilə gəldi: Afət ucuz yolla tanınmaq istəyib - AÇIQLAMA

Nəsimişünaslar dilə gəldi: Afət ucuz yolla tanınmaq istəyib - AÇIQLAMA

14 Fev 2019
Mədəniyyət

Xocalı qurbanları Milli Dram Teatrında Qarabağnamə ilə anılacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə “Qarabağnamə”ni təqdim edəcək.

13 Fev 2019
Mədəniyyət

200-dən çox incəsənət nümayəndəsi nazirə müraciət etdi

Azərbaycanın ilk müstəqil teatrı olan ADO maliyyə çətinliklərindən dolayı məkanını itirə bilər.