Marketinq autsorsinqin üstünlükləri

Marketinq autsorsinqin üstünlükləri
29 Noy 2016 14:24

Dünyada geniş tətbiq olunan autsorsinq təcrübəsi artıq Azərbaycanda da özünü doğrultmaqdadır. Hazırda ölkədə mövcud qabaqcıl şirkətlər, hətta mühasibat məsələlərini kənar təşkilata həvalə edirlər. Müasir biznesdə autsorsinq iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrinin başında dayanır. Aparılan araşdırmalara görə, yaxın 10 ildə dünya ixracının 70%-dən çoxunu məhz autsorsinq təşkil edəcək. Günümüzdə bir sıra xidmətlər autsors olur. Bunlardan biri də marketinq xidmətidir.

Müasir biznes strukturu formalaşdıqca və şirkətlər arasında rəqabət artdıqca menecerlər marketinq funksiyalarının yenidən qurulmasını və ya gücləndirilməsinə böyük önəm verirlər. Şirkətlər məhz marketinq autsorsinq strategiyasından istifadə etməklə marketinq məhsuldarlığını artıra, satış bacarığını yüksəldə və xərcləri azalda bilərlər. Şirkət marketinq autsorsinqindən istifadə etdikdə, öz əsas məhsullarına və servislərinə daha yaxşı fokuslaşa, vaxt və pula qənaət etməklə digər şöbələrin inkişafına daha çox diqqət ayıra bilər.

Çox zaman müəssisə daxili marketinq gəlirin yüksəldilməsinə zəmanət verə bilmir, müxtəlif arqumentlərdən asılı olaraq gəlirin pik nöqtəyə qalxmağı və ya ən aşağı səviyyəyə düşməsi müşahidə olunur. Bununla belə, müəssisə daxili marketinqin fəaliyyətini təmin etmək üçün mövcud kadrlara əmək haqqı verilməli, onların inkişafı üçün xərclər çəkilməlidir. Beləliklə, marketinq strukturunu autsors xidmətinə həvalə etməyin üstünlüklərinidən biri də izafi xərcləri azaltmaq və onu büdcəyə uyğun tənzimləməkdir. Bir biznes sahibi kimi Siz, öz biznesinizi müxtəlif marketinq büdcəsi ilə başlada bilərsiniz, lakin marketinq autsorsinqdən istifadə etməklə gəlirinizi artıra və gələcəyə yönümlü daha təkmilləşmiş marketinq plan yarada bilərsiniz. Şirkət məhsul və ya xidtmətlərinin ümumi prosesindəki boşluqları görə bilər, lakin bunun üstələnməsi və problemin aradan qaldırılması zamanı lazım olan əməliyyatları görməkdə çətinlik çəkə bilər, məsələn, marketinq əməliyyatı kimi. Əgər fərz etsək ki, bir məhsul istehsalatı ilə məşğul olan şirkət tamamilə marketinq autsors etmək istəyir, bu zaman peşəkar marketinq komandaların göstərəcəyi ümumi xidmətlər aşağıdakılardan ibarət olacaq:

Marketinq siyasətinin və planının işlənib hazırlanması;
Reklam siyasətinin və planının işlənib hazırlanması;
Bazar araşdırmalarının aparılması;
Şirkətin strategiyasının daxili və bazar araşdırmaları məlumatları əsasında formalaşdırılması;
Yeni məhsul və xidmətlərin yaradılması barədə təkliflərin hazırlanması;
Rəqiblərin araşdırılması və müştəri məlumat bazasının yaradılması (CRM);
Şirkətin məhsul və xidmətləri üçün satış kanallarının müəyyən edilməsi;
Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə satış işçilərinin hazırlanması;
Şirkətin ictimaiyyətlə əlaqələrinin qurulması;
Şirkətin internet səhifəsində məlumatların yenilənməsinə dair təkliflərin verilməsi;
Şirkətin yaxşı ictimai imicinin formalaşması istiqamətində fəaliyyətlərin göstərilməsi və s;

İlk öncə bazar araşdırılması aparılır və burada şirkətin bazarda mövqeyi, bazarda olan boşluqlar və həmin məhsula dair bütün informasiyalar əldə olunur. Daha sonra rəqib araşdırılması öz növbəsində həyata keçirilir. Bu zaman məhsulun bazarda olan rəqib məhsulları haqda informasiya əldə edilir. Bütün məlumatlar əldə edildikdən sonra artıq növbəti proses şirkətin marketinq strategiyasının daxili və bazar araşdırılması əsasında formalaşdırılmasıdır. Bunun üçün şirkətin öz ümumi strategiyası çərçivəsində hərəkət edilir. Məhsulun yeni məhsulla əvəzlənməsi lazım olduqda yeni məhsul barədə təkliflər və bununla bərabər reklam siyasəti və planı işlənib hazırlanır. Yeni satış texnologiyalarının tətbiqi ilə şirkətin məhsulu üçün yeni satış kanalları müəyyən edilir. Bütün bu proses bizim öz xəyalımızda yaratdığımız bir şirkətin qısa marketinq prosesi idi. Təsəvvur etsək ki, şirkət bütün bu proses üçün nə qədər işçi götürməli (minimal olaraq PR işçiləri, Reklam işçiləri, Dizanyerlər, Satış işçiləri və hər bir sahəyə uyğun menecerlər), onlara əmək haqqları verməli, yaxşı kordinasiya sistemi qurmalı və dəyərli vaxtını xülasədən qat-qat daha ağır olan bu işə sərf etməlidir. Razılaşardıq ki, şirkət qısa müddət sonra keyfiyyətli marketinq işi aparsa belə mövqeyindən daha da geridə olacaqdır.

Marketinq autsorsinqi xidməti verən hər hansı bir şirkət isə yalnız öz məhsuluna fokuslaşa və bütün məsuliyyəti öz üzərinə götürən marketinq autsorsinq komandasına güvənə bilər. Əmin ola bilərsiniz ki, bu iş daha ucuz, bir çox şirkətlərlə çalışmış professional komanda tərəfindən daha keyfiyyətli və daha məsuliyyətli həyata keçiriləcək. Bu xidməti göstərən və Azərbaycanda qabaqcıl konsaltinq və autsorsinq şirktətlərindən biri olan “BSC” Consulting & Outsourcing şirkətidir. Artıq 20 ilə yaxındır ki, peşəkar komandası ilə fəaliyyətini davam etdirən “BSC” Consulting & Outsourcing şirkəti Azərbaycanda 50-yə yaxın daimi müştərisi olmaqla ümumiyyətlə 500-ə yaxın müştəri, bir çox xarici şirkət və səfirliklərin ticarət palataları ilə əməkdaşlıq edir. “BSC” Consulting & Outsourcing şirkəti marketinq xidməti ilə yanaşı HR, Maliyyə-Mühasibatlıq və Hüquq xitmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq və autsorsinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC” Consulting & Outsourcing şirkətinin töhfəsi uğurlu olmuşdur. “BSC” Consulting & Outsourcing şirkəti əməkdaşları yeni layihələrini davam etdirir və hər zaman öz təcrübələrini bölüşməyə hazırdır.

Oruc Oruclu - Qafqaz universiteti, Biznesin idarə edilməsi, 3-cü kurs


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.