Məleykə Abbaszadə: Çətin mövzular imtahan proqramından çıxarılıb

Məleykə Abbaszadə: Çətin mövzular imtahan proqramından çıxarılıb
30 Noy 2016 14:32

REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki,

“İmtahanda istifadə olunacaq altstandartlar seçilərkən, 2013-cü ildən keçirilən monitorinq imtahanlarının nəticələri nəzərə alınıb. Belə ki, şagirdlərin əksəriyyətinin mənfi nəticə göstərdiyi alt standartlar, çətin mövzular buraxılış imtahanının proqramından çıxarılıb".

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şuranın növbəti iclasında deyib.

DİM sədri qeyd edib ki, “Abituriyent” jurnalının təzəlikcə işıq üzü gördüyü xüsusi buraxılışının ümumi (9-illik) orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modelinə həsr olunub. Onun sözlərinə görə, əhalinin xüsusi marağına səbəb olan yeni qaydalar hüquqi prosedurlardan keçmədiyinə görə model şəklində verilib. Bundan başqa, jurnalda fənlər üzrə alt standartlar, proqramlar, test tapşırığı nümunələri və cavab vərəqi nümunələri də verilib.

İclas iştirakçılarının nəzərinə cari il noyabrın 10-da yaradılmış Ləğvetmə komissiyasının iş planı təqdim edilib. Komissiyanın fəaliyyəti dövründə ləğv edilən TQDK və DQMK-nın vəzifə və funksiyalarının yerinə yetirilməsinin və cari işlərin həyata keçirilməsinin zəruri olduğunu bildirilib.


29 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.