Məşhur teleradio aparıcısından MTRŞ-yə şikayət daxil olub

Məşhur teleradio aparıcısından MTRŞ-yə şikayət daxil olub
26 Okt 2016 15:26

“Bu gün kütləvi şəkildə olmasa da, radiolarda interaktivlik, yəni dinləyici ilə ünsiyyət zamanı, bəzən aparıcılar efir etikasına zidd davranışlara, vulqar ifadələrə yol verirlər. Bununla bağlı müəyyən müraciətlər, şikayətlər daxil olur”.

Realpress.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, bu günlərdə MTRŞ-yə “106.3 FM” radiosunda yayımlanan “Bumeranq şou”nun aparıcısından dinləyici şikayətləri daxil olub:

“Dinləyicilər şikayət edir ki, aparıcı (məşhur teleradio aparıcısı Aytən Səfərova - red.) Qoç bürcündən bəhs edərkən bu bürcdən olanlara otlamağı məsləhət görüb. Belə kobud ifadələrin işlədilməsi yolverilməzdir.

Bundan başqa, radiolarda sətiraltı qeyri-etik məzmunlu ifadələrə də rast gəlinir. Qoyulan bəzi mövzular düzgün seçilmir. Bəzən xarici dildə qeyri-etik ifadələrin istifadə edildiyi mahnılar səsləndirilir”.

T.Dadaşov onu da qeyd edib ki, bu gün daha çox dövlət büdcəsindən maliyyələşən radio yayımçıları qanunvericiliyin tələblərini qoruyur:

“Özəl radioların efiri üçün bunu söyləmək çətindir, az sayda sosial və digər aktual problemlərə həsr olunmuş proqramlara rast gəlinir. Yerli radioların xəbərlərə, musiqiyə və aparıcıların danışığına üstünlük verməsi onların formatı ilə bağlıdır. Dünya praktikasında da bu, belədir. Ona görə də bu barədə radioalara irad tutulmur.

Müşahidələrimizə əsasən, yerli radiolar çalışır ki, müxtəlif formatların xüsusiyyətlərini özlərində əks etdirsinlər. Buna görə də, radiolarımızın proqram səbəti hər saatın tamamında xəbər buraxılışları, ardınca musiqi, həmçinin aparıcıların dinləyicilərlə ünsiyyətindən təşkil edilir”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.