Millimizin baş məşqçisi istefaya göndərildi

Millimizin baş məşqçisi istefaya göndərildi
26 Noy 2016 12:39

Təbriz Həsənov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunub. 

REALPRESS.Az “Report”a istinadən xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssisin özü məlumat verib.

T.Həsənov təyinatın hələ rəsmiləşmədiyini, amma yığmanın noyabrın 29-da Bakının Mərdəkan qəsəbəsindəki yığma komandaların məşq mərkəzində başlanacaq təlim-məşq toplanışına rəhbərliyin ona həvalə olunduğunu açıqlayıb:

“Bir həftəlik hazırlıq prosesinə 1999-cu il təvəllüdlü futbolçular dəvət edilib. Həmin oyunçularla 3 ildir mən işləyirəm. İndi onlar U-19 komandasına keçib. Bu səbəbdən, yığma da mənə tapşırılıb”.

Qeyd edək ki, yeni baş məşqçi təyinatının AFFA İcraiyyə Komitəsinin 2017-ci ilin martında keçiriləcək iclasında rəsmiləşəcəyi gözlənilir. Təbriz Həsənov bu vəzifədə Nazim Süleymanovu əvəzləyib.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.