Mobil operatorların gəlirləri artdı – STATİSTİKA

Mobil operatorların gəlirləri artdı – STATİSTİKA
16 Noy 2016 15:51

Bu ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 302,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6%-i əhali tərəfindən istehlak olunub. 

Bu barədə RealPress.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin gəliləri real ifadədə 3,8% artıb.

Bu sahədə əldə edilmiş gəlirin 80,5%-i bazarda əsas paya malik olan üç şirkətin, 19,5%-i isə digər yerli şirkətlərin payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 52,2%-i və ya 680,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.


17 Noy 2018
İT

Huawei 2020-ci ilə dünyada əsas smartfon istehsalçısı olmağı planlaşdırır

Çinin “Huawei Technologies” şirkəti 2020-ci ilədək dünyada smartfonların satış həcminə görə Cənubi Koreyanın “Samsung” şirkətini  ötmək niyyətindədir. Bu haqda “Huawei”nin rəhbərlərindən biri olan Riçard Yu deyib. 

17 Noy 2018
İT

Google Playda kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı proqramlar aşkar edilib

“ESET” şirkətinin mütəxəssisləri “Google Play” proqramlar mağazasında kriptovalyuta cüzdanı kimi maskalanmış fırıldaqçı mobil proqramlar aşkar ediblər.

17 Noy 2018
İT

Bütün Android qurğularının istifadəçiləri izləmənin qurbanı olublar

“Nightwatch Cybersecurity” şirkətinin mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar ediblər. Hakerlər bu boşluqdan istifadə etməklə istifadəçilərin hərəkətini izləyə bilərdilər. Bu haqda şirkətin saytında dərc edilmiş hesabatda deyilir. 

16 Noy 2018
İT

Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə 23 nömrəli orta məktəbdə “Robopark” robotexnika laboratoriyası yaradılıb. Laboratoriyanın yaradılması Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində reallaşdırılıb. 

16 Noy 2018
İT

Raspberry Pi 3 kompüterinin kiçikölçülü versiyası təqdim edilib

Britaniyanın “Raspberry Pi Foundation” şirkəti “Raspberry Pi Model 3B+” adlı kompüterin kiçikölçülü versiyasını hazırlayır. Şirkətin bloqunda dərc edilmiş yazıya əsasən, 2018-ci ilin dekabrında satışa çıxarılacaq “Model 3A+” adlı yeni kompüterin qiyməti 25 dollar təşkil edəcək.